Əbülfəz Muxtaroğlu
Əbülfəz Muxtaroğlu | |
---|---|
Qulıyev Əbülfəz Muxtar oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Zərnətün |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Ali |
İxtisası | Azərbaycan dili və ədəbiyyatı |
Fəaliyyəti | yazıçı |
Həyatı
Qulıyev Əbülfəz Muxtar oğlu 1939-cu il iyun ayının birində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olmuşdur. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində almış, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olmuş, 1967-ci ildə təhsilini başa vurmuşdur.
Pedaqoji və elmi fəaliyyəti
1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləmiş, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nun Naxçıvan filialına müəllim keçmişdir.Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olmuş,”Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası”mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Haliyədə Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin ”Azərbaycan dilçiliyi” və Naxçıvan Müəllimlər İnstitutunun ”Dillər və ədəbiyyat” kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, 3 oğul bir qız atası, 8 nəvə babasıdır.
Əsərləri
- Bir möhürbənd bəsimdir (şeirlər). Bakı: Təhsil, 199
- İkinci görüş (şeirlər) Bakı: Nurlan, 2003
- Şahbuzlu şəhidlər(publisist yazılar). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə)
- El məhəbbəti (almanax.”M.Araz”ədəbi birliyinin Ulu öndər H.Əliyevə həsr etdikləri şeirlər,Öndər haqqında xatirələr və Öndərin Şahbuzla bağlı şəkilləri). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə)
- Zorbulağın zümzüməsi (almanax”M.Araz”ədəbi birliyinin üzvlərinin şeirləri) Bakı: Nurlan, 2003
- Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası. Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine(monoqrafiya) Bakı: Elm və təhsil, 2013
- Deyimlərim,yorumlarım (1-hissə, Haqqımda deyilənlər). Naxçıvan: Məktəb nəşriyyat, 2013
- Deyimlərim,yorumlarım (2-hissə, Yorumlarım-publisist yazılar). Naxçıvan: Məktəbnəşriyyatı, 2013
- Ömür yolu (Hacı Tofiq Seyidzadə-75). Bakı, ADPU nəşriyyatı, 2014 (Abbas Hacıyevlə birlikdə)
Mənbə
- NDU Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine