Əbülfət Məmmədov

Əbülfət Heydər oğlu Məmmədov (1898, Bakı quberniyası1957, Bakı) — Azərbaycan SSR Xalq Əkinçilik komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs.

Əbülfət Məmmədov
10 iyun 1937 aprel 1938
ƏvvəlkiƏsəd Qarayev
SonrakıƏhməd Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 1957
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Repressiyalara uğraması

Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur.[1] İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır.[1] Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir.[2] Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi.[3] Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.[4] 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərarı ilə bəraət edilmişdi.[5] 1957-ci ildə Bakıda vəfat etmişdir. Keçdiyi istintaq işi və adı Bağırov və onunla əlbir olanların məhkəmə hökmünün mətnində xatırlanmışdır.[5]

Ədəbiyyat

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.