Əşrəf Quliyev

Əşrəf Hacı oğlu Quliyev (29 iyul 1924, Bakı10 fevral 1994, Bakı) — Azərbaycan aktyoru, rejissoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin dekanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974).

Əşrəf Quliyev
Əşrəf Hacı oğlu Quliyev
Doğum tarixi
Doğum yeri Bakı Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri
Dəfn yeri Yasamal qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Əminə Babayeva
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1934-1990
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1974
"Əməkdə fərqlənməyə görə" medalı  — 1959

Həyatı

Əşrəf Hacı oğlu Quliyev 29 iyun 1924-cü ildə Bakıda anadan olub. Yeddiillik təhsili bitirəndən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Tələbə ikən Azərbaycan Akademik Dövlət Teatrının tamaşalarında kütləvi səhnələrə çıxıb. 1938-ci ildə təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərilib.

Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən qayıtdıqdan sonra az müddət İrəvan teatrında işləyib və sonra yenicə açılmış Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1952-ci ildən Akademik Milli Dram Teatrında rejissor işləyib.

1984-cü il yanvar ayının 2-dən yalnız Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləyib və burada aktyor və rejissor sənətindən dərs deyib "Aktyor sənəti" fakültəsinin dekanı olmuşdur Müxtəlif illərdə Lənkəran və Gəncə teatrlarında tamaşalara quruluşlar verib. Əşrəf Quliyev 10 fevral 1994-cü ildə Bakıda vəfat edib və Yasamal qəbirsanlığında dəfn olunub.

Mükafatları

Quruluş verdiyi tamaşalar

Nəcəf bəy Vəzirov adına Lənkaran Dövlət Dram Teatrın səhnəsində

  • Mirzə İbrahimov "Yaxşı adam" (06.12.1973)
  • Nəbi Xəzri "Sən yanmasan" (21.12.1973)
  • Mirzə İbrahimov " Kəndçi qızı" (22.05.1975)…
  • Nəbi Xəzri "Əks səda" (1974)

Akademik Milli Dram Teatrın səhnəsində

  • Vasili Şkvarkinin "Özgə uşağı"(8 sentyabr 1956)
  • Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli" (2 oktyabr 1959)
  • Həsən Seyidbəylinin "Bağlı qapılar" (3 iyun 1961)
  • Mirzə Fətəli Axundzadənin "Hacı Qara"
  • Sabit Rəhmanın "Toy" (14 dekabr 1963)
  • Cavad Fəhmi Başqutun "Köç" (19 sentyabr 1964)
  • Mirzə İbrahimovun "Yaxşı adam" (24 aprel 1965), "Kəndçi qızı" (15 may 1976)
  • Cəfər Cabbarlının "Oqtay Eloğlu" (29 iyun 1966)
  • İlyas Əfəndiyevin "Mənim günahım" (5 may 1967)
  • Bernard Şounun "Şeytanın şagirdi" (23 dekabr 1967)
  • Bəxtiyar Vahabzadənin "İkinci səs" (19 aprel 1969), "Yollara iz düşür" (30 oktyabr 1977)
  • Nəbi Xəzri "Sən yanmasan" 1972
  • Nəbi Xəzri "Əks-səda" 1974
  • Aleksandr Ostrovskinin "Müdriklər" (19 may 1973)
  • Vilyam Şekspirin "Heç nədən hay-küy" (10 mart 1979)
  • Sabit Rəhmanın "Əliqulu evlənir" (3 oktyabr 1980)

Filmoqrafiya

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.