Şvann Teodor
Teodor Şvann (alm. Theodor Schwann, 7 dekabr 1810, Neys - 14 yanvar 1882, Köln) — alman sitoloqu, histoloqu, fiyioloqu və Hüceyrə nəzəriyyəsinin həmmüəllifi
Şvann Teodor | |
---|---|
alm. Theodor Schwann | |
Doğum tarixi | |
Doğum yeri | Neys |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Köln |
Elm sahəsi | zoologiya |
İş yerləri | |
Alma-mater | Bonn universiteti |
Təhsili | |
Tanınır | Hüceyrə nəzəriyyəsinin həmmüəllifi |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və fəaliyyəti
Teodor zərgər Leonard Şvanın ailəsində, dünyaya gəlmişdir. İbtidai sinifdən sonra Teodor Şvann əvvəlcə Neys, sonra Kölndə "Üç kral" - Marçel gimnaziyasına gedərək, 1829-cu ildə kamal attestatını alır.[1] Yohannes Peter Müllerin rəhbərlik etdiyi və XIX əsrin bir çox görkəmli alman fizioloqlarının dərs dediyi Berlin universitetində tibb təhsili alır. Sonra o təhsilini Bonn, daha sonra isə Vürzburq və yenidən Berlində davam etdirmiş olur. Würzburqda oxuyarkən tələbə cəmiyyəti "Amicita"nın üzvü olur. 1836-cı ildə hələ Berlin universitetinin tələbəsi olarkən mədə şirəsində həzm enzimi pepsini aşkar edir. 1837-ci ildə Teodor Şvan işıq, hava və istinin təsirindən çürümənin və maya göbələklərinin təsirindən qıcqırmanın baş verməsini, izah etmişdir.[2] Teodor Şvan 1838-ci ildə Katolik Löven universitetinin və 1848-ci ildə Lüttix universitetinin professoru seçilir. Teodor aşkar edir ki, şəkər və nişastanın qıcqırması həyati - bioloji bir prosesdir. O, eyni zamanda əzələ təqəllüsünü və sinir keçiriciliyini tədqiq edərək saya əzələsini və sonradan Şvan hüceyrəsi adlandırılan miyelin lifli akson çıxıntılarını aşkar etmişdir. Teodor Şvan ilk olaraq maddələr mübadiləsi haqqında mülahizələr yürüdərək, bunun əsasında embriologiyanın əsas: yumurta bir hüceyrə olub və ondan orqanizm inkişaf edir prinsiplərini formalaşdırmış olur.
Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər.
Şvann Teodor bitki və heyvan hüceyrələrini müqayisə etmək üçün düzgün mövqe seçərək homologiya yaratmış olaraq sübut etmişdir ki, bitki və heyvan mənşəyli hüceyrə strukturları oxşardırlar. Mattias Yakob Şleydenın tədqiqatları nüvənin hüceyrə üçün əhəmiyyətini müəyyənləşdirmək baxımından çox qiymətli olmuşdur. Buna görə də onu əbəs yerə hüceyrə nəzəriyyəsinin həmmüəllifi saymırlar. Lakin onun hüceyrənin bölünməsində növənin funksiyasının səhv şərhi yanlış faktlara əsaslanırdı. 1838-ci ildə Şvann 3 tezisi, 1839-cu ildə "Heyvan və bitkilərin inkişaf və qurluşlarında oxşarlığın mikroskopik tədqiqatları" əsərində hüceyrə nəzəriyyəsi prinsiplərini göstərmişdir:
Birinci hissədə o, xorda və qığırdaqın elementar strukturlarının - hüceyrələrinin qurluşu arasındakı inkişaf oxşarlığı göstərmiş. Sonra o, sübut edir ki, digər toxuma və orqanların mikroskopik strukturları - hüceyrələri xorda və qığırdaqda olduğu kimidir. İkinci hissədə heyvan və bitki hüceyrələrinin oxşarlıqları göstərilir. Üçüncü hissədə isə nəzəriyyənin nəzəri prinsipləri göstərilmiş və dövrünün elmi səviyyəsinə uyğun heyvan və bitkinin eyni qurluşlu struktur vahidinə - hüceyrəyə malik olduqları sübuta yetirilmişdir. Şvann və Şleydon səhv olaraq hüceyrənin struktursuz hüceyrə olmayan maddədən yarandığını göstərmişlər.
İstinadlar
- Claudia Chehab: Zum 125. Todestag des Naturforschers Theodor Schwann. Vortrag vom 11. Januar 2007 (online)
- Theodor Schwann (1837): Vorläufige Mitteilung, betreffend Versuche über die Weingährung und Fäulnis. In: Annalen der Physik und Chemie. Bd. 41, S. 184–193
Mənbələr
- Ernst Julius Gurlt: Schwann, Theodor. In: Allgemeine Deutsche Biographie (ADB). Bd. 33, Duncker & Humblot, Leipzig 1891, S. 188–190.