Şuriken
Şuriken ( hərfi tərcümədə “əldə gizlədilmiş ülgüc”) – üzərində gizli şəkildə daşınılan yapon atma silahıdır. Əsasən, gündəlik əşyalardan: iynə, mismar, ulduzlar, bıçaq, sikkə və s.-dən hazırlanaraq tiyə formasındadır. Şurikenlərin xarici görünüşü yaponların mistisizmə marağını özündə əks etdirir. Çox vaxt silahın üz hissəsinə onu hazırlayan usta tərəfindən müxtəlif işarələr qoyulurdu. Belə olan halda onlar bununla öz tərəflərinə axirət güc qüvvələrinin cəlb edildiyinə inanırlar.[1] Qaydaya uyğun olaraq, döyüşçünün arsenalında şurikenlər əlavə (köməkçi) silah sayılırdı, katana adlanan qılınca və ya yari adlanan nizəyə bərkidilirdi. Buna baxmayaraq, çox vaxt döyüşlərdə həlledici taktiki rolu elə şurikenlər oynayırdı.
Şuriken-dzyuçu - şurikenlərdən istifadə sənəti yaqyu-ryu, katori-sinto-ryu, itto-ryu, kukisin-ryu, tokakure-ryu kimi bir çox məktəblərdə ikinci dərəcəli vərdiş kimi istifadə olunurdu.[2].
Şurikenlərin bo-şuriken və syaken (syakenlər arasında xira-şuriken, semban-şuriken, tepan-şuriken) adlanan iki əsas növü vardır.
Bo-şurikenlər
Bo-şuriken – dəmir və ya poladdan hazırlanan dördbucaqlı, dairəvi və ya səkkizbucaqlı formasında hazırlanan atma metal silahdır. Qaydaya uyğun olaraq, birtərəfi itiləşdirilir. Lakin ikiuclu nümunələrinə rast gəlinir. Bo-şurikenlərin uzunluğu 12sm-dən 21 sm-ə qədər, 35qr-dan 150 qr-a qədər olur. Bu silah müxtəlif üsullarla başdan, arxadan, yandan atılır və hər variantda ülgüc barmaqların köməyilə lazımi istiqamətə atılır. Bo-şurikenlərvə kunay (zərbə üçün istifadə olunan dikinə qoyulan silah. Bəzən atma silah kimi istifadə olunurdu) adlı silahnan qarışdırmaq lazım deyil. “Bo” sözü yaponcadan “iynə” deməkdir.
Bo-şurikenin iki əsas istifadə metodu vardır: dziki da-ho və xan-ten-da-xo. Birinci halda ülgüc nişana çatmamışdan əvvəl fırlanmır, lakin ikinci də isə fırlanır.
Bo-şurikenlər gündəlik əşyalar nümunəsində hazırlanır, müxtəlif ölçü və formalara malikdir. Onlardan bəziləri yarandıqları əşyanın adı ilə adlandırılmışdır. Məsələn, kuqi-qata – mismar, ari-qata – iynə, tanqo-qata – bıçaq formasında mənalarını verirlər. Lakin bir qismi də vardır ki, onların bənzədikləri əşyala görə adlarını alıblar. Bunlara oko-qata (nizə formasında), maçuba-qatanı ( şam ağacı iynəsi formasında) misal göstərmək olar. Silah ustaları şurikenlərin üzərinə nindza döyüşçüsünün işini asanlaşdıran müxtəlif məlumatlar həkk edirdilər.
Formasına görə, bo-şurikenlərə oxşayan bəzi silahlar da vardır: “koqay” (ipəzor), “koqata” (bıçaq) və xasi ( yemək çubuqları). Lakin bunlar şuriken-dzyuçu məktəblərilə assosiasiya olunmurdu və ancaq təcrübəli silah ustaları tərəfindən lazımi hallar üçün istifadə olunurdu.
Mənşəyi
Yaponların ən erkən traktatı sayılan Kodzikidə ( e.ə 600-cü il) şahzadə Yamato-Takerunun ağ maralı öldürmək üçün gözünə silindrik formada tərəvəz atdığı xatırlanır. Nihon Soki ( təqribən e.ə 600-cu illər) isihaciki adlanan atılan daşlardan danışılır. Deyilənə görə, Tadamasa şuriken-dzyuçunun Tanqo-qato adlanan ilk stilini yaratmışdır. Bu stil öz adını qısa qılıncın adından almışdır.[3]
Hal-hazırda bo-şurikenlərin tarixi haqda çoxsaylı tədqiqatlar aparılsa da, onların mənşəyi hələ də sirr olaraq qalır. Bu onunla bağlıdır ki, şuriken-dzyuçu sənəti gizli saxlanılmışdır. Bununla yanaşı, Yaponiyada çoxlusayda atma silah hazırlayan ustaların olması idi. Şurikenlərin hazırlanması ilə məşğul olan xatırlanan məktəb – qanriçu-ryu (XVII) adlanır. Bu məktəbin saxlanılmış ülgüc nümunələri ox və iynəyə oxşar formadadır.
Bununla yanaşı, “Osaka-qunki”də ( “Osaka qəsri” haqda hərbi povest) bıçaq və qılınclar haqda qeydlər vardır. Bunların atma silah kimi istifadə olunması, həmçinin məşhur samuray Miyamoto Musasinin təkbətək döyüşlərin birində rəqibini bununla dəqiq atışla öldürməsindən danışılır.
Müasir şurikenlər paslanmayan poladdan hazırlanır. Onları Avropa və Şimali Amerikanın bir çox silah mağazalarında əldə etmək olar. Amma buna baxmayaraq, bir çox ştatlarda, məsələn, Kaliforniyada şurikenə sahib olma qeyri-qanuni sayılır.[4]
Syakenlər
Xira-syaken
Xira-şurikenlər adi əşyalardan əldə olunan nazik metal plastinlərdən hazırlanır: sikkələrdən hazırlanan xisi-qan, dülgər alətlərindən hazırlanan kuqi-nuqi və s. Formalarına görə, onları çox vaxt “nindza ulduzları” adlandırırlar. Xira-şurikenlərin mərkəzində çox vaxt dəlik qoyulur ki, bu, onların ip üzərində daşınmasında və atışdan sonra ağacdan rahatlıqla çıxarılmasına yardımçı olur. Bu cür şurikenlərin çoxlu sayda növləri olur, onları çox vaxt iti uclarının sayına görə fərqləndirirlər. Bo-şurikenlər kimi xira-şurikenlərin də müxtəlif formalı olmaları onların istifadə olunduğu məktəblərlə əlaqədardır.
İstifadəsi
Yaranmış fikrin əksinə olaraq, şurikenlər nindzaların əsas yox, köməkçi silahı olmuşdur. Əsasən şurikenlər düşməni deorientasiya etmək üçün istifadə olunurdu. Bunların əsas hədəfi samurayların zirehdən qorunmayan bədən hissələri – sifəti, gözləri, əlləri və ayaqları idi.
Şurikenləri kəmərin altında daşımaq olardı. Belə ki Qədim Yaponiyada onlar qadağan olunmuş silah hesab olunmurdu. Praktikda xira-şurikenlər 8-10 ədəd olurdu və pambıq parçasına bürünürdü. Onları paltarların ciblərində saxlayırdılar. Bəzən onları saç üçün ipəzor kimi istifadə edirdilər.
Şurikenləri ya yerə basdırıb, ya da əlin içində tutaraq, hücum çəkən şəxsə zərbə vurmaq, yaxın döyüşdə istifadə etmək olardı. Bəzən onların uclarını zəhərləyib görünən yerə qoyurdular ki, onu götürən şəxs zəhərlənsin.
Keçmişdə hazırlanmış şurikenlər aşağı keyfiyyətli metaldan hazırlandığı üçün pis qorunub saxlanmışdır və çox vaxt birdəfə istifadə olunan silah kimi işlədilirdi.
Mədəniyyətdə təcəssümü
Şurikenləri çox vaxt yapon nindzalarının silahı kimi hesab etmək olar. Bunlara bir çox kitablarda, filmlərdə və oyunlarda rast gəlmək olar. Onlardan həmçinin komiks qəhrəmanları (məsələn, Batman, Elektra, Nindza tısbağalar), oyun personajları ( “No One Lives Forever 2: A Spy in H.A.R.M. s way”, “Mortal Kombat: Deception”, “Shadow Warriors”, “Ninja Gaiden”, “Tenchu”, “Mini Ninjas”) animelərdə (" Naruto ”, “Soul Eater”, “ Şahzadə Mononoke”) və filmlərdə (“Beverli-Hillsdən olan nindzalar”, “Üç nindza”) istifadə olunmuşdur. Baxmayaraq ki, şurikenlər nindzalarla assosiasiya olunur, lakin onlardan oğru və qatillərin də istifadə etməsinə bir çox əsər və oyunlarda rast gəlinir. Darren Şenin romanlarının qəhrəmanı döyüşçü-vampir Vança Març ancaq bu silahla döyüşürdü. “Painkiller” oyununda şuriken və ildırım atan top vardır. Oxşar silahı “Tyrian” oyununda da görmək olar. Bundan başqa, oriqami-şurikendə vardır.
İstinadlar
- "Чертовы Кулички: информационно-развлекательный портал". Сюрикэн-дзютсу. 2012-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-29.
- "Федеральный закон« "Об оружии" от 13.12.1996 N 150-ФЗ»". Консультант-плюс. 2012-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-29.
- "Arxivlənmiş surət". 2011-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
- California Penal Code Section 12020 Arxivləşdirilib 2008-09-16 at the Wayback Machine outlaws the manufacture, import, sale, and possession of a large number of weapons (including shuriken) with limited exceptions for law enforcement and the motion picture industry.