Şorabad (Xızı)
Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Şorabad | |
---|---|
40°49′08″ şm. e. 49°28′19″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
XIV-XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır. Bu qəsəbənin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmışdır. Sovet hakimiyyəti illərində adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir.[3]
Tarixi
Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır. Qəsəbə müəyyən illər ərzində müxtəlif şəhər və rayonların tabeliyində olub (Altıağac, Binəqədi, Sumqayıt, Abşeron). 1991-ci ildən Xızı rayonunun tabeliyindədir.
Tarixi abidələri
Qəsəbədə 5 yerdə qədim qəbirstanlıqlar mövcuddur. Bu məzarlıqlarda bir çox sərdabələr, daş kitabələr müasir dövrə qədər gəlib çatmışdır. Bundan başqa, qəsəbədə XVII əsrə aid qədim hamam, Şah Abbas dövrünə aid Ovdan və Karvansara, Şurabad Cümə məscidi var. Çox təəssüflər olsun ki, Karvansara sökülüb daşlarından köhnə məktəb binası tikilib və bugünkü dövrə gəlib çatmamışdır.
Coğrafiyası və iqlimi
Şuraabad qəsəbəsi Xəzər dənizinin sahilində yerləşir. Ən yaxın kəndlərdən biri Yaşma kəndidir ki, hazırda da orada məskunlaşma var.
Əhalisi
1935-1950-ci illərdə kənddə 35-40 evin olduğu yaşlı sakinlər tərəfindən söylənilir. Lakin İkinci Dünya müharibəsi illərindən sonra kəndin əhalisi azalmışdır.
İqtisadiyyatı
Əhalisi əsasən balıqçılıqla məşğuldur.
Şəkilləri
- Şah Abbas ovdanı
- Şuraabad hamamı (XVII əsr)
- Cümə məscidi
- Qəsəbənin görnüşü
- Qəsəbənin görünüşü
İstinadlar
- "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
- Şorabad (Xızı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.