Şunten

Şunten (舜天) – adı məlum olan ilk Ryukyu hökmdarı. 1187-ci ildə Tenson sülaləsini devirərək hökmdar olmuşdur.

Şunten
bayraq
Ryukyu kralı
1187 1237
SonrakıŞunbacunki
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Okinava
Vəfat tarixi
Vəfat yeri Urasoe
Fəaliyyəti monarx
Uşağı Şunbacunki
Elmi fəaliyyəti
Tanınır adı məlum olan ilk Ryukyu hökmdarı.

1166-cı ildə anadan olmuşdur. Versiyaların birinə görə məşhur samuray Miyamoto no Tametomo Okinavada olarkən Osato hakimi tərəfindən qarşılanmış və onun qızı ilə evlənmiş, Şunten anadan olmuşdur. Tametomo həyat yoldaşı və Şunten ilə Yaponiyaya qayıtmaq istəmiş, lakin Saqami körfəzindəki Oşima adasına gedərkən İzu hakiminin donanması ona mane olmuşdur. Tametomo seppuku etdikdən sonra həyat yoldaşı və Şunten Şuri təpəsi yaxınlığında yerləşən Urasoe kəndində yerləşmişdirlər.

Şunten artıq 15 yaşında ikən Urasoe hakimi seçilmişdir. Həmin dövrdə Okinavada yerli başçılar uzun müddət hakimiyyətdə olan Tenson sülaləsinə qarşı mübarizəyə qalxmışdılar. Sonuncu Tenson hökmdarı Riyu adlı xidmətçisi tərəfindən sui-qəsdə uğrasa da, Şuntenin başçılığı altında Riyu da devrilmişdir. Həmin dövrdə 21 yaşında olan Şunten yerli başçılar tərəfindən hökmdar seçilmiş və təxminən 51 il hakimiyyətdə qalmışdır. Onun hakimiyyəti dövründə Okinava siyasi, iqtisadi və sosial cəhətdən güclənmişdir. 1237-ci ildəki ölümündən sonra oğlu Şunbacunki hakimiyyətə gəlmiş və 11 il hakimiyyətdə qalmışdır.

Mənbə

  • Kerr, Corc. Okinawa: The History of Island People (ingilis). Tuttle Publishing. 2000. ISBN 978-1-4629-0184-5.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.