Şuman bəyannaməsi

Şuman bəyannaməsi və ya Şuman planı[1] (fr. Jean-Baptiste Nicolas Robert Schuman) — Fransa Xarici İşlər Naziri Robber Şumanın Fransa və Qərbi Almaniyanın metallurgiya, dəmir filizi və kömür mədən sənayesini birləşdirmək təklifidir.

Bu təklifin həyata keçirilməsi, Avropa Birliyinin sələfi olan Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılmasına səbəb oldu.

Robert Şumanın Fransa hökuməti adından təklifini açıqladığı 9 May, hər il Avropa Günü kimi qeyd olunur və Şuman özü də Avropa Birliyinin qurucularından biri sayılır.

Avropa bir anda və ya tək bir plan əsasında yaradıla bilməz. O, həqiqi həmrəylik qurmağı başladan konkret nailiyyətlər əsasında qurulacaq. Avropa xalqlarının birləşməsi Fransa ilə Almaniya arasındakı əsrlər boyu davam edən qarşıdurmanın aradan qaldırılmasını tələb edir. Görülən bütün tədbirlər ilk növbədə bu iki ölkəyə təsir etməlidir. Bu məqsədlə Fransa hökuməti dar, lakin həlledici bir sahədə dərhal hərəkətə keçməyi təklif edir.

O, fransız-alman kömür və polad istehsalını bütövlükdə, digər Avropa ölkələrinin iştirakı üçün açıq bir təşkilat daxilində ortaq ali idarəetmə orqanının nəzarəti altına verilməsini təklif edir.

Kömür və polad istehsalının konsolidasiyası dərhal Avropa Federasiyası istiqamətində ilk addım olaraq iqtisadi inkişaf üçün ümumi zəmin yaratmalı, həmçinin uzun müddətdən bəri özlərinin ziyan çəkdiyi sursat istehsalı ilə məşğul olan bölgələrin taleyini dəyişdirməlidir.

Robert Şumann, 9 May bəyannaməsindən bir hissə

İstinadlar

  1. "Schuman Plan". Encyclopaedia Britanninca. 2021-05-02. 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.

Həmçinin bax

Ədəbiyyat

  • Шуман, Робер. Для Европы. Париж 1963
  • Джут, Тони. Große Illusion Europa. München: Hanser, 1994.
  • МакДугл, Уолтер. "Политическая экономия по сравнению национальным суверенитетом: французской конструкции для интеграции немецкой экономики после Версаля". Журнал современной истории 51, №. 1. (март, 1979): 4–23.
  • Shore, Cris. "Изобретая народ Европы: Критический подход к европейскому сообществу культурной политики". Человек 28, №. 4. (декабрь, 1993): 779–800.
  • Шор, Крис и Аннабель Блэк. "Европейские сообщества и строительство Европы". Антропология Сегодня 8, №. 3. (июнь, 1992): 10–11.
  • Diebold, William. The Schuman plan: a study in economic cooperation, 1950–1959 (Praeger, 1959).
  • Hitchcock, William I. "France, the Western Alliance, and the Origins of the Schuman Plan, 1948–1950" Diplomatic History (1997) 21#4: 603–630. DOI: https://doi.org/10.1111/1467-7709.00090
  • Kaiser, Wolfram. Christian democracy and the origins of European Union (Cambridge UP, 2007).
  • Lovett, A. W. "The United States and the Schuman Plan. a study in French diplomacy 1950–1952." Historical Journal 39#2 (1996): 425–455.
  • McDougall, Walter. "Political Economy versus National Sovereignty: French Structures for German Economic Integration after Versailles." The Journal of Modern History 51#1 (1979): 4–23.
  • Mahant, Edelgard Elsbeth. Birthmarks of Europe: the origins of the European Community reconsidered (Gower Publishing, 2004).
  • Scheingold, Stuart A. The rule of law in European integration: The path of the Schuman Plan (Quid Pro Books, 2013).
  • Shore, Cris. "Inventing the 'People's Europe': Critical Approaches to European Community 'Cultural Policy.'" Man 28, no. 4. (Dec., 1993): 779–800.
  • Shore, Cris and Annabel Black. "The European Communities and the Construction of Europe." Anthropology Today 8, no. 3. (Jun., 1992): 10–11.
  • Schuman, Robert. Pour l'Europe (Paris 1963).
  • Vernon, Raymond. "The Schuman Plan: Sovereign Powers of the European Coal and Steel Community." American Journal of International Law 47.2 (1953): 183–202. in JSTOR

Xarici keçidlər

Köhnə qitə "Avropa Günü"nü qeyd edi

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.