Şuşulu

ŞuşuluAzərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşulu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Şuşulu
39°44′56″ şm. e. 46°42′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Şuşulu xəritədə
Şuşulu
Şuşulu

Toponimikası

1933-cü ildə kəndin adı Şüşülu kimi qeyd olunmuş, bundan əlavə dağlıq Qarabağda Şüşukənd adlı yaşayış məntəqəsi də qeydə alınmişdir. Çox gümanki, Şuşülu oykonimi Şuşükanddən çıxmış ailələrin saldığı yaşayış məntəqəsinin adıdır. Şüşükənd isə "dik kənd, zirvədəki kənd" mənasındadır.[1]

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsində yerləşir.

İstinadlar

  1. Şuşulu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.