Şuşikənd
Şuşikənd[2][3][4] və ya bəzən Şuşakənd[5] — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşikənd kənd inzibati ərazi dairəsində kənd.
Şuşikənd | |
---|---|
39°46′19″ şm. e. 46°47′08″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.024 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1992-ci ildən 2020-ci ilin noyabr ayının əvvəlinə gədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.[6]
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşikənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Toponimikası
Şuşikənd kəndi Qarabağ silsiləsindədir. Tədqiqatçılara görə, oykonim eranın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfaların özləri ilə gətirdikləri addır. II əsr müəllifi Tatsit Şimali Qafqazda dondarların mərkəz şəhərinin şoşu (latın dilində ş səsi olmadiğına görə müəllif onu Sosu kimi qeyd etmişdir) adlandığını yazmışdır. III-IV əsrlərdə şərqdən Cənubi Avropa çöllərinə gəlmiş hunlar dondarları da özlərinə tabe etmişlər. Ehtimal ki, dondarlar hunlarla birlikdə Azərbaycana gəlib məskunlaşdıqda yaratdıqları bəzi yaşayış məntəqələrinə şoşu şəhərinin adını vermişlər. 1727-ci ilə aid bir mənbədə Qarabağ düzündə (indiki Ağcabədi rayonunun ərazisində) Şuşi, Zəngəzurun Çulundur mahalında Şoşu, dağlıq Qarabağda Şuşaluqışlaq, XIX əsrdə şimali Qafqazda Şuşi, Şuşanova və Şuşanay adlı kəndlər vardı.[7]
Əhalisi
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şuşikənd kəndinin əhalisinin sayı 527 nəfər, daimi əhalinin sayı 544 nəfər təşkil edirdi.[8]
Həmçinin bax
İstinadlar
- http://census.stat-nkr.am/nkr/1-1.pdf.
- "Şuşikənd yazılışına aydınlıq gətirildi - YENİLƏNİB - FOTO". Milli.az (az.). 13 noyabr 2020. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- "XOCALI RAYONU: İnzibati ərazi dairələri və ərazi vahidləri". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-17.
- "Azərbaycan üçün "bıçaq boğaza dirənib"". bbc.com/azeri (az.). 11 avqust 2021. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021.
- "Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI (daim yenilənir…)". No Comment (az.). 9 noyabr 2020. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2020.
- Şuşikənd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.