Şuşa vələsi
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü.
Şuşa vələsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Şuşa vələsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Ümumi yayılması
İranın şimal-qərb hissəsində yayılmışdır.
Azərbaycanda yayılması
Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir.
Statusu
Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1.
Bitdiyi yer
Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir.
Təbii ehtiyatı
Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri
Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir. Qısatüklü cavan budaqları qırmızımtıl qonur rəngdə olan alçaqboylu ağac və ya iri koldur. Yarpaqları yumurtavarı və ya oval-yumurtavarıdır, 3-7 sm uzunluqda, 2,5-4 sm enindədir, adətən dartılmış kimi görünən sivri, dib hissəsi az ürəkvaridir, kənarı qeyri-bərabər mişardişlidir. Saplaqlarının uzunluğu 10-15 mm-dir. Meyvə sırğaları kövrəkdir, təxminən 5 sm uzunluqda və 3-3,5 sm enindədir. Qozası (çanağı) 2-3 sm uzunluqda olub, çəpəki üçbucaqşəkilli, aydın görünməyən üçdilimlidir, təpəsi az və ya çox sivridir; qozasının orta dilimi simmetrik deyildir, arxa tərəfində yaxşı nəzərə çarpan 2-3 yan damar vardır, qozasınn daha ensiz tərəfi zəif dişlidir və ya bəzən demək olar ki, bütövdür, qatlanaraq fındıqcığı əhatə edən kiçik sivri dilimi vardır; daha enli tərəfi, adətən, iki cür sivri dişlidir, bəzən dişləri iridir və onlardan altda olanı yan dilimə keçir. Fındıqcığı ellipsvarı, yastı, tündqəhvəyi və nöqtəvarı vəzilidir, üzərində irəli çıxmış tillər vardır, bəzən qısatüklüdür. Mart-aprel ayında çiçəkləyir, meyvəsi (toxumu) iyun-iyul ayında yetişməyə başlayır.
Çoxalması
Toxumu və kök pöhrələri ilə çoxalır, kəsildikdə kötükdən çoxlu pöhrə verir.
Təbii ehtiyatın dəyişilməsi səbəbləri
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
Məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir.