Ştefan Burian fon Rayej
Ştefan (İştvan) Burian fon Rayej (mac. Rajeci gróf Burián István; alm. Stephan Baron Burián von Rajecz; 16 yanvar 1851[1] – 20 oktyabr 1922[1], Vyana[2]) — Avstriya-Macarıstan diplomatı və dövlət xadimi.
Ştefan Burian fon Rayej | |
---|---|
alm. Stephan Burián | |
Avstriya-Macarıstanın maliyyə naziri | |
24 iyul 1903-cü il – 12 fevral 1912-ci il | |
Monarx | I Frans İosif |
Əvvəlki | Agenor Mariya Qoluxovski |
Sonrakı | Leon fon Bilinski |
8-ci Avstriya-Macarıstan Xarici İşlər Naziri | |
13 yanvar 1915-ci il – 22 dekabr 1916-cı il | |
Monarx | I Frans İosif |
Əvvəlki | Leopold fon Berxtold |
Sonrakı | Ottokar Çernin |
Avstriya-Macarıstan maliyyə naziri vəzifəsini icra edən | |
28 oktyabr – 2 dekabr 1916-cı il | |
Monarx | I Frans İosif |
Əvvəlki | Ernest fon Körber |
Sonrakı | Konrad Hohenloe Şillinqsfürst |
Avstriya-Macarıstan maliyyə naziri | |
28 dekabr 1916-cı il – 7 sentyabr 1918-ci il | |
Monarx | I Frans İosif |
Əvvəlki | Konrad Hohenloe Şillinqsfürst |
Sonrakı | Aleksandr Şpitsmüller |
10-cu Avstriya-Macarıstan Xarici İşlər Naziri | |
16 aprel – 24 oktyabr 1918-ci il | |
Monarx | I Frans İosif |
Əvvəlki | Ottokar Çernin |
Sonrakı | Dyula Andraşi |
Macarıstan Krallığı Kral Sarayı yanında nazir | |
10 iyun 1913-cü il – 13 yanvar 1915-ci il | |
Baş nazir | İştvan Tisa |
Monarx | I Frans İosif |
Əvvəlki | Laslo Lukaç |
Sonrakı | İştvan Tisa (vəzifəni icra edən) Ervin Rosner |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 yanvar 1851[1] |
Vəfat tarixi | 20 oktyabr 1922[1] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
İxtisası | diplomat |
Fəaliyyəti | diplomat, siyasətçi, iqtisadçı |
Dini | katolik |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
İş yeri | Avstriya Federal Hökuməti |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Karyerası
Stampfendə (indiki Slovakiya) aristokrat Macar ailəsində anadan olmuşdur. Diplomatik Akademiyanı bitirdikdən sonra konsulluq xidmətində olmuş, həmçinin Avstriyanın Moskvadakı Baş Konsulluğunda işləmiş, sonra diplomatik xidmətə başlamışdır. 1887—1895-ci illərdə Sofiya, 1896—1897-ci ildə Vürtemberq və 1897—1903-cü ildə Afinada səfir idi. Balkanlar üzrə mütəxəssis hesab olunurdu.[3] 1900-cü ildə baron, 1918-ci ildə qraf adına layiq görüldü.
1903-cü ildə imperator I Frans İosif tərəfindən Maliyyə Naziri təyin edildi və 1912-ci ilə qədər bu vəzifədə qaldı. 1913—1915-ci illərdə Macarıstan kralı (Franz İosifin titullarından biri) yanında səlahiyyətli nazir idi, faktiki olaraq Vyanadakı mərkəzi hökumət ilə Budapeştdəki Macarıstan hökuməti arasında əlaqə yaradırdı.
1915-ci ildə Xarici İşlər Naziri vəzifəsinə başladı, ancaq 1916-cı ilin sonunda İmperator I Karlın taxta oturması ilə yerinə Ottokar Çernin gətirildi və o, Maliyyə Naziri vəzifəsinə qayıtdı.
Birinci Dünya müharibəsi
Hələ 1914-cü ilin əvvəllərində Burian, Avstriya-Rusiya diplomatiyasındakı gərginlikdən bəhs etmişdiк: onun fikrincə, Avstriya-Macarıstan Rusiyaya Qalisiyadakı polyak-ukrayn işlərinə qarışmaması üçün zəmanət versəydi və onların separatçılığını dəstəkləməsəydi, onda Rusiyanın Balkan ölkələrini Avstriya-Macarıstana qarşı çevirmək üçün səbəbi olmazdı. Bundan əlavə, müharibəyə qarışması ilə əlaqədar İtaliya ilə danışıqlar zamanı Burian, Avstriyanın ərazi bütövlüyünü (Trentinonu İtaliyaya vermək düşünülürdü) qoruyaraq uzun müddət ərzində ölkəni bu addımdan mümkün qədər uzaqda saxlamağa çalışdı.[4]
İstinadlar
- Stephan Burián von Rajecz // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Deutsche Nationalbibliothek Record #124541755 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Österreichisches Biographisches Lexikon 1815—1950 (ÖBL). Band 1, Verlag der Österreichischen Akademie der Wissenschaften, Wien 1957. — S. 129.
- István Diószegi: Außenminister Stephan Graf Burián. Biographie und Tagebuchstelle. In: Annales Universitatis Scientiarum Budapestinensis de Rolando Eötvös nominatae. Sectio historica 8 (1966). — S. 177.