Şouşenkdən qaçış

Şouşenkdən qaçış (ing. The Shawshank Redemption) — ssenari müəllifi və rejissoru Frenk Darabont olan və baş rollarda Tim RobbinsMorqan Frimanın çəkildiyi 1994-cü il istehsalı olan ABŞ dram filmidir. Stiven Kinqin "Rita Heyvort və Şouşenkdən qaçış" romanının motivləri əsasında çəkilmiş film, günahsız olmasına baxmayaraq arvadının və onun sevgilisinin qətlinə görə ölüm hökmü almış, Şouşenk Ştat Həbsxanasında 20 il məhkumluq həyatı yaşayan bankir Endi Dyufreynin hekayəsindən bəhs edir. Həbsxanadakı dövr ərzində məhbus Ellis Boyd Red Reddinq ilə dost olan Dyufreyn həbsxana müdirinin çirkli pullarını yumasına kömək etməyə razı olduqdan sonra nəzarətçilər tərəfindən qorunmağa başlanılır.

Şouşenkdən qaçış
ing. The Shawshank Redemption
Janr dram filmi[1][2], baddi-film[d], məhbuslar haqqında film[d], cinayət filmi[2], ədəbi əsər ekranlaşdırılması[d]
Əsas mövzu Ümid[3], Həbs[3], dostluq[3], korrupsiya[3]
Rejissor
Ssenari müəllifləri
Baş rollarda
Operator
  • Rocer Dikins[d]
Bəstəkar
  • Tomas Nyuman[d]
İstehsalçılar Columbia Pictures, Castle Rock Entertainment[d]
Distribütor Columbia Pictures, Netflix, iTunes[d]
İlk baxış tarixi 23 sentyabr 1994, 10 sentyabr 1994[4], 9 mart 1995[5], 1 mart 1995, 6 iyul 1995, 1994
Müddət 142 dəq.
Büdcə 25.000.000 $[6]
Gəlir 28.817.291 $[7], 28.767.189 $[8]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Mensfild[d]
IMDb ID0111161
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gəlir məsələsində məyusluq olmasına rəğmən, film "Oskar" mükafatının 7 nominasiyasına namizəd olmuş, aktyor, məzmun işində və reallığı əks etdirdiyinə görə tənqidçilər tərəfindən müsbət qiymətləndirilmişdir. Kabel televiziyası, VHS, DVDBlu-ray üzrə uğurlu olmuşdur. Amerikan Film İnstitutunun 100 il…100 film 10-cu yubiley buraxılışına daxil edilmişdir.[9] Hal-hazırda bütün dövrlərin ən yaxşı filmlərindən biri hesab olunur.

Məzmun

1947-ci ildə Portlenddə, bankir Endi Dyufreyn Men ştatında yerləşən Şouşenk Dövlət Həbsxanasında arvadının və onun sevgilisinin qətlinə görə məhkumluq həyatı yaşamaqdadır. Endi, qaçaqmalçılıqla məşğul olan məhbus Ellis "Red" Reddinq ilə dost olur. Red, onun üçün daş çəkic və sonra isə Rita Heyvortun böyük posterini alıb gətirir. Həbsxana camaşırxanasında işləyən Endi, müntəzəm olaraq "Bacılar" adlı dəstə tərəfindən, bəzən də dəstənin rəhbəri Boqs tərəfindən döyülür.

1949-cu ildə, Endi həbsxana gözətçilərinin zalım kapitanı Bayron Hedlinin mirasdan pay götürmək barədə şikayətlənərkən təsadüfən onun danışdıqlarını eşidir və ona məhkəmə qaydası ilə pul götürmək üçün yardımını təklif edir. "Bacılar"ın Endinin az qala ölümünə səbəb ola biləcək hücumlarından sonra Hedli Boqsu amansızcasına döyür. Boqs, başqa həbsxanaya göndərilir və Endi bir daha hücumlara məruz qalmır. Uorden Samuel Norton, Endi ilə tanış olur və onu getdikcə yaşlanmış məhbus olan Bruks Hetlenin yanında həbsxana kitabxanasına köməkçi təyin edir. Endinin həbsxana işçilərinin maliyyə məsələlərini idarə etməyə başlaması ilə bağlı olan yeni işi onun üçün bəhanə idi. Zaman ötür, Uorden digər həbsxanalardan və öz həbsxanasından gözətçilər daxil olmaqla, insanların müxtəlif məsələlərini həll etmək üçün Endidən istifadə etməyə başlayır. Endi, pis durumda olan kitabxananı yaxşılaşdırmaq məqsədilə dövlət fondlarına hər həftə məktublar yazmağa başlayır.

1954-cü ildə, Bruks həbsxanadan buraxılır, lakin 50 illik məhkumluq həyatından sonra xarici aləmə uyğunlaşa bilmir və özünü asır. Endi, Fiqaronun toyu valı daxil olmaqla, kitabxana ianəsi alır. O, ictimai müraciət sistemində valı yerləşdirərək musiqini səsləndirir və bu da onun təkhücrəli kameraya salınmasına səbəb olur. Bundan sonra Endi, "Ümid yaxşı bir şeydir, bəlkə də ən yaxşısı. Və yaxşı şeylər əsla ölməz." fikrini irəli sürür, lakin Red bununla razılaşmır. 1963-cü ildə, Norton mənfəət əldə etmək məqsədilə, xüsusilə də rüşvət yolu ilə bunu həyata keçirmək məqsədilə ictimai işlərdə məhbusların istismarını həyata keçirir. O, Endinin Rendall Stefens ləqəbindən istifadə etməklə çirkli pulların yuyulmasını həyata keçirməyə vadar edir.

1965-ci ildə, Tommi Vilyams oğurluq etdiyinə görə həbsxanaya salınır. O, Endi və Redin dostlarının çevrəsinə qoşulur və Endi ona Ü. T. İ. imtahanından keçmək üçün kömək edir. 1966-cı ildə, Tommi Redə və Endiyə başqa bir həbsxanada məhbusun Endinin günahsız olmasına rəğmən məhkumluq həyatı yaşamasına səbəb olan qətli törətməklə bağlı etirafını danışır. Endi, bu məlumatı aldıqdan sonra Nortonun yanına gedir, lakin o bunu dinləməyi rədd edir və Endi onu çirkli pulların yuyulması ilə bağlı təhdid etdiyinə görə yenidən təkhücrəli kameraya salınır. Sonra Norton, qaçmağa cəhd yalanı altında Tomminin qətlini kapitan Hedli vasitəsilə həyata keçirir. Endi, çirkli pulların yuyulmasını həyata keçirməkdən boyun qaçırır, lakin Nortonun kitabxananı yandırmaqla bağlı təhdidindən sonra qərarından dönür, Endinin gözətçilər tərəfindən mühafizəsi ləğv olunur və o daha pis şərtlərlə kameradan çıxarılır. Endi, 2 aydan sonra həmin kameradan buraxılır və Redə Meksikanın sahilyanı bölgəsində yerləşən Siuatanexo şəhərində yaşamaqla bağlı arzusunu danışır. Red, Endinin realist olmadığını düşünür, lakin həbsxanadan çıxacağı təqdirdə Men ştatında yerləşən Bakston yaxınlığında Endinin torpağa basdırdığı bağlamanı tapacağına söz verir. Red, Endinin başqa məhbusdan 6 futluq kəndir tapmasını xahiş etdiyini öyrənəndə xüsusilə narahat olur.

Növbəti gün, məhbuslar gözətçilər tərəfindən adbaad çağırılarkən Endinin kamerasının boş olduğu üzə çıxır. Hirsli Norton, divarda asılmış Rakel Uelçin posterinə daş atır və daş posterin ortadan cırılmasına səbəb olur. Sonra Norton, təxminən 17 il ərzində Endinin daş çəkiclə tunel qazdığını anlayır. Endi, tunel qazdığını illər öncə Reddən aldığı ulduzların posterləri ilə gizlətmişdi. Əvvəlki gecə, Endi tunel ilə qaçır və həbsxananın kanalizasiya borusundan istifadə etməklə azadlığa qovuşur. O, özü ilə Nortonun kostyumunu, ayaqqabılarını və rüşvətlə bağlı təfsilatların yer aldığı kitabçanı götürür. Növbəti səhər, gözətçilər onu axtaranda Endi özünü Rendall Stefens kimi tanıdaraq yuyulmuş pulları geri qaytarmaq üçün bir sıra banklara baş çəkir. Sonda, o korrupsiya dəlili olan kitabçanı və Şouşenkdə baş vermiş qətllər ilə bağlı məlumatları yerli qəzetlərə poçtla göndərir. Polis, Şouşenkə gəlir və kapitan Hedlini həbs edir, lakin Norton həbs olunmamaq üçün intihar edir.

40 illik məhkumluq həyatından sonra Red, azadlığa çıxır. O, həbsxanadan kənardakı həyata uyğunlaşmaq uğrunda mübarizə aparır və heç vaxt qorxmur. Endiyə söz verdiyini xatırlayan Red, Bakstona baş çəkir, pul və Siuatanexoya gəlməsi ilə bağlı Endinin xahişindən ibarət məktubun olduğu gizli yeri tapır. Red, Meksika sərhədini keçmək məqsədilə Texas ştatında yerləşən Fort Henkok şəhərinə səfər edir və sonda istəyinə nail olur. Siuatanexodakı çimərlikdə o, Endini tapır və 2 dost bir-birinə qovuşur.

Rollarda

  • Tim Robbins — Endi Dyufreyn. Bu rolu oynamaq üçün Kevin Kostner, Tom HenksBred Pitt kimi aktyorlara təkliflər edilmişdi, lakin müvafiq olaraq Su dünyası, Forrest QampVampir ilə müsahibə filmlərinə çəkilməklə bağlı qərar verdiklərinə görə təklifi qəbul etməmişdilər.
  • Morqan Friman — Ellis Boyd "Red" Reddinq, Endinin ən yaxşı dostu və filmin mətnini oxuyan; 1927-ci ildə qətlə görə həbs olunmuşdu. Frimandan əvvəl, rolu oynamaq üçün Klint İstvud, Harrison Ford, Pol NyumanRobert Redford kimi aktyorlara təkliflər edildi. Romanda irlandiyalı saçları ağarmaqda olan qırmızı saçlı bir kişidən bəhs edilməsinə baxmayaraq, Darabont rolu Frimana etibar edir. O, Red roluna başqa heç kəsi uyğun görə bilmirdi.[10] Endi, Redin ləqəbi ilə əlaqədar sual verəndə onun istehzayana "Ola bilsin ki, irland olduğuma görədir." cavabı çəkiliş heyətinin qərarına əsasən edilmiş jest idi. Friman hətta bir dəfə müsahibəsində Rita Heyvort və Şouşenkdən qaçış romanını sevimli əsəri kimi qeyd etmişdir.[11]
  • Bob Qanton — Uorden Samuel Norton. O, özünü mömin xristian və islahatçı müdir kimi təqdim edərək yeni məhbuslara İncili oxumağı təklif etsə də, onun etdiyi hərəkətlər rüşvətxor, qəddar və vicdansız olduğunu üzə çıxarır.
  • Uilyam Sedler — Heyvud. Uzun müddətə həbs edilmiş və Redin çevrəsində olan məhbusdur.
  • Klensi Braun — Kapitan Bayron Hedli. O, gözətçilərin başçısıdır. Hedli, heç nəyi fikirləşmədən məhbusları döyən qəddar gözətçidir. Rolu oynamaq üçün Brauna real həyatdakı kimi gözətçini canlandırmaq təklifi edildi və bunu qəbul etmədi, çünki o çoxlu tənqidlərlə üzləşəcəyindən ehtiyatlanırdı.[12]
  • Qil Bellouz — Tommi Vilyams. O, qaldığı əvvəlki həbsxanada Endinin günahsızlığını üzə çıxarmaqda vacib olan faktları bilən gənc məhbusdur.
  • Mark Rolston — Boqs Daymond. O, hər zaman Endiyə hücum edərək onu döyən və "Bacılar" dəstəsinin başçısıdır.
  • Ceyms Uitmor — Bruks Hetlen. O, həbsxana kitabxanaçısı və Şouşenkdə ən yaşlı məhbuslardan biridir. 1905-ci ildən bəri məhkumluq həyatı yaşayan Bruks azadlığa çıxsa da, həbsxanadan kənar həyata uyğunlaşa bilmir və özünü asır. Uitmor, Frenk Darabontun sevimli aktyorlarından biri olduğu üçün bu rola onu uyğun görmüşdü.[10]
  • Ceffri Demann — Endinin məhkəməsində onu cinayət törətməkdə ittiham edən vəkil.

Filmin orijinal təhlili

Filmdə Şouşenk Dövlət Həbsxanası kimi xidmət göstərmiş Ohayo Dövlət İslah Koloniyası

Hollivudun ən məhsuldar illərindən biri şübhəsiz, 1994-cü il idi. Məhz bu ildə çəkilmiş Leon, Kriminal qiraət, Maska, Forrest Qamp, Payızın əfsanələri kimi filmlərlə yanaşı bir çoxlarına görə bu şedevrlərdən daha yaxşı olan Şouşenkdən qaçış filmi illərdir ki, IMDb ən yaxşı filmlər siyahısında 1-ci yerdədir.[13]

Əvvəla film, bəlkə də tarixdə layiq olduğundan ən aşağı dəyəri alan filmdir. 7 nominasiyada Oskar mükafatına namizəd oldu, amma Forrest Qampın hegemoniyası heç bir Oskarı almağa imkan vermədi. 25 milyon dollara çəkilmiş film, ilk ayında sadəcə 18 milyon dollar gəlir gətirdi və heç bir film şirkətinin borcu tam ödənə bilmədi. Bununla belə kaset dükanlarının ən dəyərli və tapılması çətin filmi oldu. Dəyəri gec başa düşülən film, 1995-ci ildə ən çox alınan kaset oldu.

Filmin rejissoru, məşhur Yaşıl milDuman filmlərinin də rejissoru olan Frenk Darabont idi. Baş rolları Tim Robbins (Endi) və Morqan Friman (Red) ifa edir. Ssenarisi isə məşhur amerikalı yazıçı, məntiqə yer verdiyi yeganə əsəri bu roman olan Stiven Kinqdir. Kinq, filmin müəlliflik hüquqlarını cəmi 5 min dollara satmışdı. Film çəkildikdən sonra isə həmin pulu çərçivəyə aldırıb Darabonta yollayır.

Film, baş qəhrəman Endinin məhkəməsi ilə başlayır. O, arvadını və bir qolf oyunçusunu ona xəyanət etdiklərinə görə öldürməklə ittiham olunurdu. Həqiqətən də, həmin gecə o orada idi. Maşın səhnəsində əsən əlləri yadınıza salın. O əllər əslində Darabontun idi. Dəfələrlə çəkilsə də, Darabont həmin səhnəni bəyənmir və sonda öz əllərini çəkir.

Daha sonra biz Redlə tanış oluruq. Əsərin orijinalında Red, irlandiyalı saçları ağarmaqda olan qırmızı saçlı bir kişi idi, amma Darabont, səs tembri və ağır baxışlarına görə bu rolu məhz Friman üçün düşündüyünü demişdi. Buna baxmayaraq Red rolu, əvvəl başqa aktyorlara təklif edilmişdi. Klint İstvud, Harrison Ford kimi aktyorlar roldan imtina etmişdilər. Qeyd edək ki, filmin ilk versiyası olan Alkatrazdan qaçış filmində də baş rolu İstvud oynayırdı.

İlk səhnələrdə biz ABŞ-dəki həbs sistemində ömürlük həbs olunmuşların hər 10 ildən bir müsahibəyə dəvət olunması qaydası ilə tanış oluruq. Əgər müsahibə qənaətbəxş hesab edilsə, məhkum azadlığa buraxılırdı. Red, müsahibələrdə həmişə eyni sözləri deyib rədd edilirdi. Elə bu səhnələrdə gördüyümüz Redin qeydiyyat kağızında bir şəkil var idi. Bu şəkil Frimanın deyil, onun oğlu Alfonso Frimanın idi. Alfonso Friman, eyni zamanda həbsxanaya gizli əşyalar ötürən qaradərili oğlan rolunda da oynayır.

Tom Henks, Kevin Kostner, Conni Depp, Tom Kruz, Nikolas Keyc kimi zirvədəki simalar, Andy rolu üçün düşünülənlər idi. Bu rola ən yaxın olan Kostner, hətta müqavilə də imzalamışdı, amma sonradan anlaşılmazlıqlar olur və aktyor roldan imtina edir. Film çəkildikdən sonra isə Kostner müsahibəsində çəkilmədiyi üçün peşman olduğunu səmimiyyətlə deyir.

Endini həbsxanaya gətirən avtobus yolda xarab olur. Darabont, məhz həmin avtobusu istədiyinə görə avtobus dəyişdirilmir və çəkiliş heyəti maşını itələməklə lazım olan yerə gətirir.

Redlə Endinin ilk söhbət etdiyi səhnədə Red beyzbol oynayırdı. Həyatda yaxşı oyunçu olan Friman topları yaxşı vururdu, amma digər aktyor qaytara bilmirdi. Beləcə həmin səhnə nə az nə çox 9 saata çəkilir. Friman, yüzlərlə top atır və növbəti gün çəkilişə qolu sarğıda gəlir. Elə həmin səhnədə Red, adının belə olmasını irlandiyalı olması ilə əlaqələndirir. Təbii ki, irlandiyalı qaradərili yoxdur, bu sadəcə romana işarə idi.

Darabont, filmin çəkilişləri günlərində hər bazar günü Martin Skorsezenin məşhur Yoldaşlar filminə baxdığını söyləmişdi. Narrator səslərindəki oxşarlıq bu motivlə əlaqələnir.

Bəzi səhnələrdə məhkum rolundakı aktyorlar qışqırmalı idi, amma səs az çıxırdı. Buna görə də həmin səhnələrdə gözətçilər də qışqırırdı. Əgər diqqətlə baxsaz, qışqırıq səhnələrində də nəzarətçilərin görünmədiyini görərsiz.

Beləcə illər keçir. Endi, soyuqqanlılığı və işinin ustası olmağıyla həbsxana daxilində hörmətini artırır. Səhnələrin birində nəzarətçiyə kömək edən Endi, qarşılığında pivə istəyir. Pivə içilən səhnədə gözətçilər də pivənin dadına baxırdı. Bu isə o dövrkü ABŞ qanunvericiliyinə zidd idi. Bu məqamı xırda səhv kimi qeyd etmək olar.

Endi, həbsxana müdirinin gözündə də yüksəlir. Bu məqamların birində müdir, filmin ən təsirli sözünü deyir: "Qurtuluş İncilin içindədir". Cümləni mənalı edən Endinin qaçmaq üçün istifadə etdiyi çəkici İncilin içində saxlaması idi. Filmin afişasında isə belə yazılırdı: "Qorxduğun müddətcə əsir, ümid etdiyin müddətcə azadsan."

Filmlə romanın əsas fərqi isə sonradan türməyə gələn gənc oğlanla bağlıdır. Romanda əsas personajlardan olan gənc filmdə elə də diqqət çəkmir.

Endi, illər boyu divarda tunel açır və qaçır. Qaçış səhnəsində o, kanalizasiya xəttindən çıxmışdı. Gördüyünüz o iyrənc mənzərələr sadəcə şokoladdır. Eyni zamanda həmin tunel əslində həbsxanadan çıxmırdı, tamam başqa bir yerdə idi.

Film çəkilən yer isə əslində həbsxana deyildi, qədim otel idi. Hal-hazırda isə muzey kimi fəaliyyət göstərir.

Çəkiliş

Film, Men ştatında çəkilməsinə rəğmən, Ohayo ştatının Mensfild şəhərində yerləşən Ohayo Dövlət İslah Koloniyası Şouşenk Həbsxanası kimi xidmət göstərmişdir. Həbsxananın böyük bir hissəsinin çəkilişdən sonra dağılmasına baxmayaraq, əsas inzibati bina və 2 kamera bloku salamat qalmışdı. Eyni zamanda, həmin yer Prezidentin təyyarəsi filminin çəkilişləri üçün istifadə edilmişdi.[14] Xüsusi həbsxana obyektlərinin interyer çəkilişlərinin bir neçəsi, eləcə də qəbul otaqlarının və müdir otağının çəkiliş prosesi İslah Koloniyasında aparılmışdı.[14] Bruks və Red tərəfindən istifadə olunmuş otaqların interyeri, inzibati binada yerləşirdi.[14] Həbsxana ərazisi, turist cəlb ediciliyi ilə seçilən yerdir.[14] Həbsxana kameralarındakı daxili səhnələr, Uestinqhaus fabrikinin yaxınlığında qurulmuş səsyazma studiyasında çəkilib.[14] Şəhər mərkəzindəki səhnələr də Mensfilddə, eləcə də Aşlenddə lentə alınıb. Endinin Redə ünvanladığı məktubun palıd ağacı altında torpağa basdırıldığı yer, Ohayo ştatının Lukas şəhərində yerləşən Malabar Dövlət Təsərrüfat Parkı yaxınlığındadır. Ağac, 2011-ci ilin 29 iyulunda fırtına zamanı düz xətt boyunca əsən külək ucbatından ciddi formada zərər görmüşdür. Rəsmilər, ağacın əvvəlki durumuna dönəcəyini əmin deyildilər.[15] Halbuki, meşə təsərrüfatı təşkilatları tərəfindən aparılan təftişlərlə ağac əvvəlki vəziyyətinə dönür.[16]

Filmin son dəqiqələrində Meksikanın Siuatanexo şəhərini təsvir edən çimərlik səhnələri, ABŞ Virgin adalarından birində Santa–Krus adasında Karib dənizi sahillərində çəkilmişdir. Siuatanexodakı çimərlik, adanın cənub-qərbində yerləşən Frederikstedin cənubunda Sandi–Poynt sığınacağındadır. Sığınacaq, dəniz tısbağalarının məskən saldığı yerdir və ancaq məhdud vaxtlarda açıq olsa da (Şənbə və Bazar günləri saat 10:00-dan 16:00-a qədər), çoxalma dövrlərində bu baş vermir.[17]

Film vasitəsilə məşhurlaşan Siuatanexodakı çimərlik, bu yaxınlarda suyun getdikcə çirklənməsinə görə ictimaiyyətə bağlı elan edilmişdir.[18]

Film, Darabontun yaxın dostu və agenti Allen Qrinə həsr olunmuşdur. Qrin, filmin təqdimatı keçirilməmişdən qısa müddət əvvəl QİÇS–dən vəfat edib.[19]

İstinadlar

  1. Writers Guild of America, West. 1933.
  2. Metacritic (ing.). 2001.
  3. The Shawshank Redemption (ing.). 1994.
  4. http://www.nndb.com/films/748/000033649/.
  5. http://www.zelluloid.de/filme/index.php3?id=1002.
  6. Entertainment Weekly (ing.). NYC: Meredith Corporation, 1990. ISSN 1049-0434; 2169-3188
  7. Box Office Mojo (ing.). 1999.
  8. Box Office Mojo (ing.). 1999.
  9. Gilbey, Ryan. "Film: Why are we still so captivated?". The Sunday Times. London. 2004-09-26. 2010-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-13.
  10. Audio commentary with director and writer Frank Darabont
  11. Head, Steve. "10 QUESTIONS: MORGAN FREEMAN". IGN. 11 May 2005. 20 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2015. (#apostrophe_markup)
  12. Shawshank: The Redeeming Feature DVD Documentary
  13. "Arxivlənmiş surət". 2017-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
  14. "Cleveland: The Shawshank Redemption prison". A.V. Club. 2011-08-03. 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-03.
  15. Whitmire, Lou. "'Shawshank' tree ripped by high wind". Mansfield News Journal. Gannett Company. July 29, 2011. September 27, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 5, 2011.
  16. Destries, Michael. "Good News: The Shawshank Oak Tree is Alive and Well". Ecorazzi. July 30, 2012. April 27, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 13, 2015.
  17. "Arxivlənmiş surət". 2017-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
  18. Gordon, Sarah. "Public health warning closes Mexican beach made famous by Shawshank Redemption". Daily Mail. April 9, 2014.
  19. "The Shawshank Redemption – Did you know?". 2015-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.