Şotlanlı (Ağcabədi)
Şotlanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi vahidinin Şotlanlı kəndi Şərəfxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[1]
Şotlanlı | |
---|---|
40°02′50″ şm. e. 47°10′00″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0433 |
|
Toponimikası
Şotlanlı oykonimini hunların varisi olan qədim türk mənşəli şot-şatı etnonimi ilə əlaqələndirən tədqiqatçılar vardır. Toponimin tərkibindəki -lan komponenti "məskən", "yurd" mənasındadır, -lı səkilçisi mənsubluq bildirir. Şotlanlı toponimini "dəvəli" yozumu ilə izah edənlər var.[2]
Bəzi tədqiqatçılar isə Şotlanlı oykonimini səhvən kürd mənşəli şotlanlı tayfasının adı ilə bağlayırlar. Onlar bunu 1828-ci ildə imzalanmış "Türkmənçay" müqaviləsindən sonra Zilanlı tayfası ilə birlikdə Cənubi Azərbaycandan gəlmiş şotlanlıların əvvəlcə Zəngəzurda yaşamaları, XIX əsrin ortalarında isə onların bir hissəsinin Cahangir xanın başçılığı ilə Qarabağa (Ağdam və Ağcabədi rayonları ərazilərinə) gələrək burada yaşamaları ilə əsaslandırırlar.[2]
Tarixi
Kəndin əsgəruşağı nəsli, bayramuşağılar, davudlular, şirinlilər, əliuşağılar, məcnunuşağılar, misirağlılar və başqa tayfaları vardır.
Coğrafiyası və iqlimi
Kənd rayon mərkəzindən 28 km məsafədə, düzənlik ərazidə yerləşir.
Əhalisi
Əhalisinin sayı 286 nəfərdir (01.01.2007-ci il üçün).
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və pambıqçılıq təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- Nazim Tapdıqoğlu (Vəlişov). Ağcabədi Ensiklopediyası. Bakı-2007.