Şordəhnə
Şordəhnə (əvvəlki adı: Birinci Şordəhnə) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qulbəndə kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Şordəhnə kəndi Şordəhnə kəndi adlandırılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şordəhnə kəndi Qulbəndə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şordəhnə kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Şordəhnə | |
---|---|
40°35′ şm. e. 47°34′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0313 |
|
Tarixi
5 oktyabr 1999-cu ilə qədər kəndin adı Birinci Şordəhnə olmuşdur. Toponimin ikinci komponenti "şor" (göl; Şoran yer) və "dəhnə" (çayın dərənin dar hissəsindən düzənliyə çıxdığı yer) sözlərindən düzəlib, "Şoran yerdə çay ağzı və yaxud çayın gölə töküldüyü yer" mənasındadır. Əvvəllər kəndin adında mövcud olmuş "birinci" sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün artırılmışdır.[3] Ağdaş rayonunda İkinci Şordəhnə kəndi də mövcud olmuşdur. 29 aprel 1992-ci ildə bu kəndin adı dəyişdirilərək Bəylik adlandırılmışdır.
Coğrafiyası və iqlimi
Kənd Şirvan düzündə yerləşir.
Əhalisi
Şəhidləri
- Cəlilov Seymur Şahvəddin oğlu (1974-1993)
- Səlimov Əbülfət Həmzə oğlu (1962-1994)
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- "Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- Şordəhnə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.