Şorbaçı (Hacıqabul)

ŞorbaçıAzərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd.

Şorbaçı
40°14′09″ şm. e. 48°54′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Şorbaçı xəritədə
Şorbaçı
Şorbaçı

Toponimikası

Kənd Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[3]

Din

Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.[4]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  3. "Hacıqabulun daha 3 kəndinə təbii qaz verilib". 2016-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-30.
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.