Şorbaçı (Cəlilabad)
Şorbaçı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Şorbaçı | |
---|---|
39°15′30″ şm. e. 48°19′19″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 661 (2009) nəfər |
|
Tarixi
Şorbaçı kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonun ərazisində, rayon mərkəzindən təxminən 20 km aralıda yerləşir. Şorbaçı kəndi eyni adlı ərazi icra nümayəndəliyində kənddir. Şorbaçı ərazi icra nümayəndəliyinə Şorbaçı kəndi, Məmmədrzalı kəndi, Mədətli kəndi daxildir. Kəndin ətrafında Təklə kəndi, Mədətli kəndi Babalı kəndi və Məmmədrızalı (Pornəyimdə deyilir) kəndi yerləşir. Kənd ərazisində Şorbaçı kənd tam orta məktəbi (11 illik) bələdiyə idarəsi və xəstəxana var . Şorbaçı kəndi ərazisində keçməklə yeni yolun tikintisinə başlanılmışdır. Bu yollara Şorbaçı-Məlikqasımlı yolu, Şorbaçı-Məmmədrzalı yolu aiddir. Şorbaçı kəndi ərazisində 2021-ci ildə modul tipli məktəb tikilmiş və il sonuna yaxın istifadəyə verilmişdir. Şorbaçı kəndi üzrə 15 nəfərdən çox şəxs 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Kənd ərazisində kimik avtomobil təmiri yerləri mövcuddur.
Kənddə maldarlıq, əkinçilik inkşaf etmişdir. Maldarlğdan qoyunçuluq, qaramal inkişaf etmişdir. Əkinçilikdə isə taxilçiliq ön planda olsa da. Noxud əkinləridə var. Mülayim tempratur, iqlim mövcudur. Qar o qədərdə düşmür. Yayı quraq olur. Dərələrlə (arxlarla) axan sular quruya bilir, amma qışda bəzi hallarda suyun bol olması selə səbəb olur. Buda təsərrüfata ziyan vurur (xüsusən çay kənarlarındakı bostan kartof əkinlərinə). Kəndin Mədətli kəndi hissəsində kiçik su hövzəsi (o qədərdə kiçik deyil,kənd əhalisi bənd deyir) var. Qlobal istiləşmənin, havanın isti keçməsi nəticəsində artıq yay aylarında su bəndi tam quruyur. Yay vaxti biçilmiş sahələrdə otlayan kənd heyvanları buradan su içir. Kənd ərazisindən vaxtilə əhəmiyyətli olan yol keçir. Hal-hazırda Təklə kəndi ərazisindən keçən yeni yolda bu kəndə yaxındır. Kənd ərazisində yaxın illərdə məscid tikilmişdir. Kəndə telofon xətti elektirik xətti çəkilmişdir. Lakin qaz çəkilmədiyi üçün hələdə odundan yanacaq mənbəyi kimi istifadə olunur. Dövlət proqramlarına əsasən yaxın müddət ərzində kəndə təbii qaz çəkilişi planlaşdırılır. Məktəb xəstəxana klubdan yol ilə ayrılır. Klubun (kənd idarəsi) aşağı hissəsində bulaq var.[mənbə göstərin]
Toponimikası
- Şorbaçı oyk., sadə.
- Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir;
- Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 661 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629