Şor
Şor - süd məhsulu.
Hazırlanması
Şor hazırlamaq üçün ayranı qaynadırlar. Çürümüş kütləni zərdabdan ayırmaq üçün torbaya töküb süzürlər. Su süzüldükdən sonra yerdə qalan kütlədən şor alınır. Duz əlavə edib, motalda, küpdə, yaxud saxsı qablarda saxlayırlar. Azərbaycanın Şamaxı və Qobustan rayonları öz şorları ilə məşhurdur.
İstifadə
Şor yavanlıq kimi istifadə edilir. Süfrəyə yağla, xama ilə qarışdırılıb və ya ayrıca qəlyanaltı kimi verilir. Şora göyərti əlavə edib məzə hazırlanır. Motal şoru şorun bir növüdür.
Mənbə
- Azərbaycan Kulinariyası Ensiklopediyası, səh, 137.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.