Şoşqavəng monastırı

Şoşqavəng monastırıXocalı rayonunun Xaçmaç kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi.

Şoşqavəng monastırı
Ölkə  Azərbaycan
Şəhər Xocalı
Yerləşir Xaçmaç kəndi
Tikilmə tarixi 1651
İstinad nöm.257
KateqoriyaMonastır
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şoşqavəng (Azərbaycan)
Şoşqavəng

Kilsənin dövrümüzə çatmış inşaat kitabəsində qeyd edilir ki, abidə 1651-ci ilin yayında inşa edilmişdir. Tədqiqatlar göstərir ki, monastır qədim dini kompleksin yerində tikilmişdir.

Planda düzbucaqlı formaya malik olan ibadət zalının şərq hissəsində altar apsidası yerləşir. Zalın tağtavanı qoşa pilonlar tərəfindən saxlanılır.

Tarixi

Kilsənin dövrümüzə çatmış inşaat kitabəsində qeyd edilir ki, abidə "1651-ci ilin yayında...ustad Usep və Georgi tərəfindən inşa edilmişdir.”[1] Kilsənin arxivində iki qədim əlyazma saxlanılır və onlar hər ikisi perqament üzərində yazılmış Psalmlarİncillərdir.[2]

Ərazidə aparılan tədqiqatlar, monastırın yerləşdiyi yerdə erkən orta əsrlərdən etibarən dini kompleksin olduğu qənaətinə gəlinmişdir. [2] Sonrakı əsrlərdə monastır ciddi dağıntılara məruz qalsa da, XVII əsrdə yenidən inşa edilmişdir. Kilsənin divar hörgüsündə əvvəlki tikilinin çoxlu sayda daşları və qədim xaçdaşlar istifadə olunmuşdur.[2]

Memarlıq xüsusiyyətləri

Şoşqavəng monastırının yerləşdiyi ərazidən AmarasFüzuli ərazisinə geniş mənzərə açılır. Birnefli bazilika formasına malik olan kilsə 9,19x6,26 m ölçülərə malikdir.[2] Planda düzbucaqlı formaya malik olan ibadət zalının şərq hissəsində altar apsidası yerləşir. Zalın tağtavanı qoşa pilonlar tərəfindən saxlanılır. Kilsə, xaç təsvirləri ilə bəzədilmiş altar beminə, üç pəncərəyə və dövrümüzə çatmamış narteksə açılan qapıya (qərb tərəfdən) malikdir.[2]

Pəncərə və qapı yerləri, tağlar və pilonların hörgüsündə yaxşı yonulmuş daşlar, digər divar hörgülərində isə mat tonlu kobud daşlar istifadə edilmişdir. Kilsə ətrafında çoxlu sayda dağılmış tikililərin qalıqları saxlanmaqdadır.[2]

İstinadlar

  1. Bərxudaryan, 1895. səh. 100
  2. Mkrtçyan, 1989. səh. 147

Ədəbiyyat

  • Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
  • Bərxudaryan, Makar, Арцах, Bakı, 1895

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.