Şnau
Şnau (nid. Snauw, alm. Schnau) və ya şnava — Avropada XVII əsrdə geniş yayılmış böyük olmayan, ikidorlu yelkənli ticarət və döyüş gəmisi. Şnau iki dor ağacına, düzbucaqlı yelkənlərə, buşprit adlanan gəmi dimdiyinə və ona bərkidilmiş kliver yelkənlərinə, dorlar arası yerləşən staksel adlanan üçkünc yelkənlərə malikdir. Hərbi şnaunun göyərtəsində 12-18 kiçik kalibrli top olub, gəminin gövdəsinin orta su sıxışdırma qabiliyyəti 150 ton, uzunluğu 25-30 metr, eni 6-8 metrdur. Ekipaj heyəti 80 nəfərə qədərdir.
Şnau | |
---|---|
nid. Snauw, alm. Schnau | |
| |
Tarixi | XVII əsr |
Sinifi | Yelkən |
Təyinatı | Ticarət və döyüş |
Top | kiçik kalibrli: 12-18 |
Heyət | 80 |
Dor ağacı | 2 |
Uzunluğu | 25-30 |
Eni | 6-8 |
Su sıxışdırması | 150 |
Vikianbarda əlaqəli mediafayllar |
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.