Şlümberje qardaşları
Konrad Şlümberje (2.10.1878, Gebviller – 9.5.1936, Stokholm) və Marsel Şlümberje (21.6.1884, Şlümberje – 9.5.1953, Vall Riç monastırı, Sent-Uan-lePen) — ixtiraları ilə geofizika və neft sənayesində böyük uğur gətirmiş mühəndislər. Onların kəşfiyyat və quyu geofizikası sənayesində etdikləri kəşflər Şlümberje və ümumiyyətlə dünya geofizikası sənayesinin başlanğıcı sayılır.
Həyatları
Konrad və Marsel Fransanın Elzas əyalətində zəngin fransız protestant ailəsində dünyaya göz açmışdılar. Ataları Pol Şlümberje varlı toxucu ailəsindən idi. Anaları Marqarita Vit isə siyası fəal idi. Qardaşar anadan olan ildə, Elzas Almaniyanın tərkibində idi. Valideynlər qardaşları Parijə oxumağa göndərmək qərarına gəlirlər. Konrad fizik, Marsel isə mühəndis təhsili alırlar.
Konrad ilk illərdə Rodej və Tuluzada mədən mühəndisi kimi çalışır. 1912-ci ildə artıq Paris dağ-mədən institutunn professoru adını almış Konrad metal filəz yataqlarının süxurların elektrik keçiriciliyi əsasında axtarış və kəşfiyyatı ideyası ilə çıxış edir. İlkin sınaqlar içərisi bu məqsədlə müxtəlif süxurlarla doldurulmuş vannada aparılır. 1919-cu idə qardaşlar ataları ilə apardıqları elmi tətqiqatı dəstəkləmək barədə razılığa gəlirlər. Bu tədqiqatlar sonralar "Şlümberje dəsti" kimi tanınacaq yerüstü elektrik ölçü sisteminin yaranmasına gətirib çıxarır.
1923-cü ildə qardaşar Rumınya Serbiya, Cənubi Afrika, Konqo və ABŞ da daxil olmaqa dünyanın müxtəif ölkələrində geofiziki tətqiqatlara başlayırlar. 1926-ci ildə Konradın gələcək kürəkəni Henri Corc Doll da qardaşlara qoşulur. Elə həmin il, qardaşlar layların xüsusi müqaviməti əsasında elektrik kəşfiyyatının səmərəliyini artırmağı nəzərdə tutan yeni nəzəriyyələrini irəli sürür və Elektrik Kəşfiyyatı Cəmiyyətini yaradırlar. Cəmiyyətin ilk mənzil qərargahı Parisdə təsis olunur.
1927-ci ilin 5 sentyabr tarixində Henri Doll və bir neçə mühəndis Fransanın Peşelbron neft yatağında Difenbax 2905 saylı quyuda ilk elektrk karotajıni sınaqdan keçirirlər. Dəriniyi 500 metr oan quyunn 130-270 metr intervalı karotaj olunur.
Həmin dövrdə Peşelbron Fransada məlum olan yeganə neft yatağı idi. Neft yatağının sahibləri Şlümberje şirkəti ilə müqavilə bağlamaq qərarına gəlirlər. Müqavilənin dəyəri hər aya üçün 12 000 frank və ya 2600 ABŞ dolları təşkil edir.
Sonrakı illərdə Şlümberje şirkəti fəaliyyət coğrafiyasını genişləndirmək qərarına gəlirlər. Lakin, qlobal iqtisadı böhran buna mane olur. Konrad Şümberje, 1936-cı ildə Sovetlər Birliyindən qayıdan vaxt ürək tutmasından vəfat edir. Marsel Şlümberje isə 1953-cü ildə dünyasını dəyişir.
1955-ci ildə Avropa Geofiziklər Assosiyası Konrad Şlümberjenin kəşfiyyat geofizikasına verdiyi töhfələrin şərəfinə Konrad Şümberje mükafatını təsis edir.
Mükafat Yer haqqında elmlər, xüsusilə geofizika elminin inkişafına verdiyi töhfələrə görə hər il bir assosiyası üzvünə veriir.