Şivlə

ŞivləAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Şivlə kəndi Lerik rayonun mərkəzindən təqribən 25 km aralı məsafədə yerləşir. Bu kənd Biləvər, Geskon, Osyodərə və Çeşman kəndləri ilə həmsərhəddir.

Şivlə
38°48′22″ şm. e. 48°36′53″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 621 nəf.
Şivlə xəritədə
Şivlə
Şivlə

Şivlə kəndi Lerik rayon mərkəzindən qərbdə yerləşir. Osyodərə inzibati ərazisinə daxildir. Əhalisinin sayına görə ərazidə üçüncü kənddir (538 nəfər).[mənbə göstərin] Əhalisinin məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Tarixi

Təqribən XIV əsrin birinci yarısında yaranmışdır. Qədim ərəb mənbələrində Şiblə kimi qeyd olunur. Mənası övliya, müqəddəs deməkdir. 1935-ci ildə kənddə ilk talışdilli məktəb yaradılıb.

Şivlə kəndi Lerikin qədim yaşayış məskənlərindən biridir. Deyilənlərə görə, uzaq keçmişdə hazırkı Şivlə Yuxarı Şivlə və Aşağı Şivlə adlarında iki kənddən ibarət olmuşdur. Məlum olmayan səbəblərə görə Yuxarı Şivlə sonralar Biləvər adı ilə əvəzlənmişdir. İndiki Şivlə və Biləvər kəndlərini kiçik bir təpə ayırır.

Şivlə kəndi Lerik rayonunun kəndləri arasında dini-maarifçiliyin ən çox inkişaf etmiş kəndlərindən biridir. Kənddə ilk dini məktəbin əsasını təqribən XIX əsrin sonu XX əsrin əvvəllərində qoyulmuşdur.

1935-ci ildə kənddə ilk talışdilli məktəb yaradılıb. İkinci Dünya Müharibəsinədək fəaliyyət göstərən bu məktəb müharibə dövründə bağlanmış, müharibə bitdikdən sonra həmin məktəbin əsasında qonşu Biləvər kəndində azərbaycandilli məktəb açılmış və kəndin sakinləri həmin məktəbdə təhsil almışlar. Hazırda Şivlə kəndində dördillik ibtidai məktəb fəaliyyət göstərir.

Kəndin 40-dan çox sakini II Dünya Müharibəsinin iştirakçısı olmuş, onlardan 22 nəfər müharibədən qayıtmamışdır. Şivlə kəndi də Qarabağ müharibəsində 8 şəhid vermişdir. Lerik rayonunun beş milli qəhrəmanından biri də məhz Şivlə kəndindən olan Fərhad İslam oğlu Ağayevdir.

Tarixi abidələri

Qəqə Musa ocağı (XIV əsr), Havzava ocağı, Sütə tıbə, Kələndül qəbirəstanlıqları, Diqo, Qəznəlü qədim kənd yerləri, Küp qəbirlər, Qosmoni, Kəqoni, Sardoni, Honiədül qədim bulaq yerləri.[mənbə göstərin]

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.