Şirvan Dövlət Rəsm Qalereyası

Şirvan Dövlət Rəsm Qalereyası — 1990-cı ildən fəaliyyət göstərir. Qalereyanin məqsədi insanlarin estetik zövqünün inkişafina nail olmaqdir. Qalereyada hal-hazırda 400-ə yaxın incəsənət nümunəsi var. Bunlardan 60 ədədi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsas fond üçün ayrılmış Respublikas rəssamlarının əsərləridir. Bu əsərlərin 35 ədədi rəngkarlıq, 15 ədədi qrafika, 3 ədədi heykəltaraşlıq, 7 ədədi isə tətbiqi sənət nümunəsidir.[1]

Şirvan Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1990
Yarandığı yer Azərbaycan Şirvan
Fəaliyyət göstərdiyi yer Şirvan, Azərbaycan, Məhəmməd Əmin Rəsulzadə prospekti 12 (İcra hakimiyyətinin inzibati binasında yerləşir)

Tarixi

Şirvan Dövlət Rəsm Qalereyası Nazirlər Kabinetinin qərarı ilə 1990-cı ildə yaradılmışdır. 2017-ci ildə Qalereya M. Rəsulzadə prospekti 12 ünvanında yerləşən binanın 1-ci mərtəbəsinə köçürülmüş və əsaslı təmir olunmuşdur. Qalereya yarandığı gündən şəhər əhalisinin estetik zövqünün zənginləşməsi və mədəni istirahətinin təminatına xidmət edir.[2]

Fəaliyyəti

Qalereya təsviri incəsənət əsərlərinin təbliği və bacarıqlı uşaq, yeniyetmə və gənclərin istedadının üzə çıxarılması ilə məşğul olur. Bu məqsədlə qalereyada və ondan kənarda vaxtaşırı olaraq sərgilər təşkil edilir, təsviri incəsənətə dair mühazirələr oxunur, ustad dərsləri keçirilir.Əlamətdar tarixi hadisələr, bayram günləri, Azərbaycan tanınmış incəsənət xadimlərinin yubileyləri münasibətilə qalereyada təşkil olunan sərgilərdə şəhərin müxtəlif idarə və müəssisələrinin əməkdaşları ilə yanaşı, sənətsevərlər və şəhər sakinləri də yaxından iştirak edir.Ustad dərslərində şagirdlər akademik rəsm işləmə bacarıqlarına yiyələnirlər. Qalereyada həvəskarların daha yaxşı rəsm vərdişlərinə yiyələnməsi üçün rəsm dərnəyi fəaliyyət göstərir.

Qalereyanın fondu

Qalereyanın əsas fondunda 60 ədəd tanınmış Azərbaycan rəssamlarının əsərləri vardır. Bu əsərlər fond üçün ayrılmış xüsusi otaqda mühafizə olunur.Bundan əlavə uşaq, yeniyetmə və gənclər tərəfindən çəkilmiş çoxlu sayda rəsm toplanmışdır. Bu əsərlər mənzərə, portret, plakat və natürmort janrlarında olmaqla doğma yurdumuzun müstəqillik tarixini , füsnkar təbiət gözəlliklərini üzündə təcəssüm etdirir.[3]

İstinadlar

  1. "Şirvan Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. İstifadə tarixi: 06.04.2021.
  2. "Şirvan Dövlət Rəsm Qalereyası". issoabbas.wordpress.com. İstifadə tarixi: 06.04.2021.
  3. "Şirvan Dövlət Rəsm Qalereyası". sabirabad.mctgov.az. 2021-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 06.04.2021.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.