Şirvan İES
Şirvan İES və ya Şirvan Dövlət Rayon Elektrik Stansiyası (2008-ci ilə qədər Əli-Bayramlı İES) — Azərbaycanda istilik elektrik stansiyası. Şirvan şəhərində yerləşir.
Şirvan İES | ||
---|---|---|
Şirvan istilik elektrik stansiyası | ||
Ümumi məlumatlar | ||
Sahibi | Azərenerji ASC | |
Status | İşlək | |
İstismara verilib | 1962 | |
İstismardan çıxarılıb | 2010 | |
İstismarçı | Azərenerji ASC | |
Əsas xüsusiyyətləri | ||
Elektrik enerjisi gücü | 409 MVt | |
Avadanlıq xüsusiyyətləri | ||
Əsas yanacaq | Mazut | |
Turbin tipi | Buxar | |
Yerləşməsi | ||
39°55′55″ şm. e. 48°55′13″ ş. u. | ||
Ölkə |
![]() |
|
Yer | Şirvan | |
|
||
Şirvan İES |
Avropadakı ilk açıq tipli elektrik stansiyalarından biridir. İki mərhələdə qurulub. Stansiyanın birinci mərhələsinin inşasına 1959-cu ildə başlanılmışdır. Hər biri gücü 150 MVt olan dörd enerji bloku, PBK-150 tipli buxar turbinlərindən, buxar gücü 500 t /saat olan TGM-94 buxar qazanlarından və TGB-200 tipli bir generatordan ibarət ilk dövlət elektrik stansiyasının istismara verilməsi Azərbaycan SSR-in elektrik enerjisinə olan tələbatını tamamilə ödəmişdir. 1964-cü ildən 1965-ci ilə qədər onun gücünü 1,7 milyard kilovatsaata çatdırılmasına imkan vermişdir. Buda qonşu Cənubi Qafqaz respublikalarına elektrik enerjisi ixracına ikman vermişdir.
K-160-130 turbinləri və TGM-94 buxar qazanlarının daxil olduğu 160 MVt gücə malik üç aqreqatdan ibarət ikinci mərhələ 1968-ci ilin avqust ayında istismara verilir. Həmin dövrdə stansiyanın ümumi gücü 1 milyon 80 min kVt təşkil edirdi.
Sonradan birinci mərhələnin dörd qurğusu modernləşdirildi, bunun nəticəsində turbin gücünün 5 MVt artırılaraq K-155-130-a çevrildi ki, bu da Ali-Bayramlı İES-in ümumi gücünün 1100 MVt-a çatdırılmasına imkan verdi. Texniki su təchizatı mənbəyi Kür çayı idi.
2007-ci ilin iyun ayında istismar müddətinin başa çatması ilə əlaqədar olaraq (25 il) Azərenerji Texniki Şurası Əli-Bayramlı Dövlət Rayon Elektrik Stansiyasının yerində yeni bir elektrik stansiyasının inşasına qərar verdi. Texniki və iqtisadi göstəricilərin azalmasına baxmayaraq, 2006-cı ildə dövlət elektrik stansiyası Azərbaycanda istehsal olunan elektrik enerjisinin 20% -ni istehsal edirdi.
Ali-Bayramlı İES-in ərazisindəki Cənub qaz-turbin elektrik stansiyasının inşasına 24 dekabr 2007-ci ildə başlanılmışdır. Stansiya 2011-ci ildə istismara verilir.
Həmçinin bax
- Cənub Elektrik Stansiyası