Şirin qoğal

Şirin qoğal Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Azərbaycan Milli Mətbəxi
Şirin qoğal
Şirin qoğal

Ərzaqlar

Xəmir üçün

  • 1kq un
  • 2 yumurta
  • 1/2(yarım) çay qaşığı sarıkök
  • 1 çay qaşığı dolu duz
  • 2-2,5 stəkan süd
  • 1 çay qaşığı quru maya

İçlik üçün

  • 1 stəkan un
  • 1 stəkan şəkər tozu
  • x.q əridilmiş kərə yağı,
  • 1/4 (dörddəbir) çay qaşığı hil
  • 1 stəkan çəkilmiş qoz (istəyə görə)
  • 1stəkan şəkər tozu *1/4 çay qaşığı

Yağlamaq üçün

  • 400-450 qram kərə yağı

Üzü üçün

  • 1 ədəd yumurta
  • Xaşxaş

Hazırlanması

Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq suda qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.Südü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.Bir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.Xəmiri qarışdırıb tam həll olananadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə klyonka çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.İndi isə içliyi hazırlayaq. Unu tavaya töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovururuq.Hazır olanda əridilmiş yağı əlavə edib yaxşı qarışdırırıq.Hazır kütləni başqa bir qaba boşaldırıq. Kütlə soyuduqda şəkər tozunu və hili əlavə edib yaxşı qarışdırırıq. İçlik hazırdır.Yuxaları yağlamaq üçün yağı qabda əridirik .Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq.Xəmir 2 saata açıyır. Xəmirdən 15 kündə düzəldirik. 5 dəqiqə qalır kündələr özünə gəlir.

Nazik yuxa yayırıq.

Yuxaların hər layını bir az dartıb böyüdürük və yağlayırıq. Bütün yuxalar qurtardıqdan sonra kəsib hazırlayırıq. Ortasını aralayıb içlik qoyub ağzını bükürük. Azca əlimizlə yayıb ağızı yuxarı düzürük. Qurumasın deyə üstünü klyonka ilə örtürük. Hazır qoğalları qaba düzürük.Üzərini yumurtalayb xaş-xaş səpirik. 220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.[1]

İstinadlar

  1. "tort.az". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.