Şirin Hanter

Şirin Hanter və ya Şirin Təhmasib[2]-ABŞ-nin Cənubi QafqazYaxın Şərq siyasəti üzrə analitik və Corctaun Universitetinin professoru olan İran azərbaycanlısı elm xadimi. 2019-cu ilə qədər Prince Şahzadə Əlvaled İbn Təlal Müsəl-Xristian Anlaşma Mərkəzinin araşdırmaçı-professoru idi. O, burada 2005-ci ildən çalışmaqda idi. O, 2019-cu ildən burannı fəxri araşdırmaçısı oldu.[1]

Şirin Təhmasib Hanter
شیرین طهماسب هانتر/Shireen Tahmaaseb Hunter
Doğum tarixi
Doğum yeri Təbriz[1]
Vətəndaşlığı İran, ABŞ
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti akademik heyət, politoloq, universitet müəllimi[d]

Fəaliyyəti

Pəhləvi sülaləsinin hakimiyyəti dövründə, 1965-ci ildən 1979-cu ilə qədər Şirin İran XİN-də diplomat kimi fəaliyyət göstərmişdir. 1983-cü ildən 2005-ci ilə kimi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışmış, İslam Proqramının direktoru, Orta Şərq Proqramının direktor müavini (1983-2002) olmuşdur. Həmçinin o, Corc Mason Universitetində və Vaşinqton Kollecində dərslər vermişdir. O, Carnegie Korperasiyasının akademik araşdırmaçısı olmuşdur.[3]

1993-cü ildən 1997-ci ilə qədər Şirin Brüsseldə yerləşən Avropa Siyasət Araşdırmaları Mərkəzində qonaq araşdırmaçı olmuş və Aralıq Dənizi Proqramını icra etmişdir. Bundan başqa o, Brookings İnistitutunda qonaq müəllim kimi, Harvard Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır.[3]

O, fəaliyyəti boyunca 16 kitab və monoqrafiya yazmış, 12 kitabın nəşrinə yardım etmişdir. Bundan başqa, o, 100-dən çox kitabın fəslinin və jurnal məqaləsinin müəllifidir. ABŞ-də və Orta Şərqin müxtəlif mərkəzlərində mühazirələr oxumuşdur.[3]

Fikirləri

Hunter postsovet Azərbaycan Respublikasında kimlik məsələsi ilə bağlı ilk məqalələrdən birinin müəllifi kimi tanınır..[4] O, həmçinin Azərbaycanın siyasi elitası və onların pantürkist irredentist çıxışları barədə araşdırmalar aparmış, yeni respublikanın Cənubi Azərbaycan məsələsinə yanaşmasına toxunmuşdur.[4] Onun araşdırması həmçinin Azərbaycanın paytaxtı Bakıdakı hakim quruluşun İran və onun azəri elitasının Azərbaycan Respublikasına qarşı mümkün irredentist əks iddiasından necə narahat olduğunu, etnik irrdentist bumeranq effekti meydana çıxaracağından çəkindiklərini vurğulayır. Şirinə görə, Azərbaycan Respublikasının cənub hissəsində iranpərəst qrupların mövcudluğu bu qorxunun nə vaxtsa real ola biləcəyi fikrini legitimləşdirir.[4]

Şəxsi həyatı

1945-ci ildə Təbriz şəhərində İran azərbaycanlısı olan ailədə dünyaya gəlmişdir.[4] O, Klinton hakimiyyəti zamanı ABŞ-nin NATO-da səfiri olan Robert E. Hunter ilə evlidir.[5]

Kitabları

  • Iran Divided: Historic Roots of Iranian Debates in Identity, Culture and Governance in the 21st Century, Rowman & Littlefield, 2014.
  • Iran's Foreign Policy in the Post-Soviet Era, Resisting the New International Order, Praeger Publishing, 2010.
  • Reformist Voices of Islam : Mediating Islam and Modernity (editor and contributor), M.E. Sharpe, 2008.
  • Islam and Human Rights: Advancing a US-Muslim Dialogue (co-editor), CSIS Press, 2005.
  • Modernization, Democracy, and Islam (co-editor and contributor), Praeger, 2005.
  • Islam in Russia: The Politics of Identity and Security, M.E. Sharpe, 2004.
  • Strategic Developments in Eurasia After September 11 (editor), Frank Cass, 2003.
  • Islam: Europe's Second Religion (editor and contributor), Praeger, 2002.
  • The Future of Islam-West Relations: Clash of Civilizations or Peaceful Coexistence?, CSIS/Praeger, 1998.
  • Central Asia Since Independence, CSIS/Westview Press, 1996.
  • The Transcaucasus in Transition: Nation-Building and Conflict, CSIS/Praeger, 1994.
  • Iran After Khomeini, Praeger, 1992.
  • Iran and the World: Continuity in a Revolutionary Decade, Indiana University Press, 1990.
  • The Politics of Islamic Revivalism: Diversity and Unity (editor and contributor), Indiana University Press, 1988.
  • U.S. and the Middle East: Emerging Economic and Political Trends (editor), Westview Press, 1985.
  • OPEC and the Third World: The Politics of Aid, Croom Helm Ltd. and Indiana University Press, 1984.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.
  2. http://www.noormags.com/view/fa/articlepage/320330
  3. "Shireen Hunter". acmcu.georgetown.edu. 2023-03-27 tarixində arxivləşdirilib.
  4. Ahmadi, Hamid. The Clash of Nationalisms: Iranian response to Baku's irredentism // Kamrava, Mehran (redaktor ). The Great Game in West Asia: Iran, Turkey and the South Caucasus. Oxford University Press. 2017. səh. 122. ISBN 978-0190869663.
  5. Hunter, Shireen; Hunter, Shireen T. Reformist Voices of Islam: Mediating Islam and Modernity: Mediating Islam and Modernity (ingilis). Routledge. 2014. preface. ISBN 978-1-317-46123-4. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.