Şirəqala

Şirəqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd.[2]

Kənd
Şirəqala
40°28′14″ şm. e. 44°21′55″ ş. u.
Ölkə  Ermənistan
Region [[Abaran mahalı]]
Rayon [[Abaran rayonu]]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Mərkəzin hündürlüyü 1.900 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 895 nəf. (2011)[1]
Rəsmi dili
Şirəqala xəritədə
Şirəqala
Şirəqala

Tarixi

Rayon mərkəzindən 20 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Duluçay çayının sahilində yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə[3], XIX əsrə aid rus mənbələrində[4] qeyd edilmişdir.

Toponim «gil növü, mavi gil» mənasında işlənən şirə sözünə[5], «istehkam, müdafiə tikilisi», «həbsxana, zindan» mənasında işlənən qala sözünün qoşulması nəticəsində əmələ gəlmişdir.

Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nшn 15. VII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Vardenut qoyulmuşdur.

Əhalisi

Erməni mənbələrində 1914-cü ildə burada 1172 nəfər azərbaycanlının yaşadığı göstərilir[6].

1918-ci ildə kənddə yaşayan azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənüər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.112
  4. Cборник cвединий o Kaвказе, т, V, Тифлис, 1879, № 338
  5. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.133
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.97
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.