Şinqu çayı

Şinqu[1] (port. Xingú) — Cənubi Amerika ərazisindən axan, Amazon çayının sağ qolunu təşkil edən çay. Çayın uzunluğu 1980 km, hövzəsinin sahəsi 513 min. km² təşkil edir. Çay bütünlüklə Braziliya ərazisindən axır. Çay Kulueni adı ilə Matu-Qrasu dağlıq ərazilərindən götürərək, Amazon düzənliyinə keçir. Çayın əsas qolu İriri çayıdır. Sonradan çay Altamira şəhəri ərazisindən axır. Çay Portu-di-Mos şəhəri ərazisində Amazona tökükür. Burada o uzunluğu 160 km, eni isə 8–12 km olan estuari yaradır. Çayın orta su sərfiyyatı 16 min. m³/s-dir.

Şinqu çayı
port. Rio Xingu
Ölkə  Braziliya
Mənsəbi Amazon çayı
Uzunluğu 1980 km
Su sərfi 9.680 m³/s
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 513000 km²
Şinqu çayı (Braziliya)
physical
mənbəyi
physical
mənsəbi
Şinqu çayı Braziliyanın fiziki xəritəsində:

11°56′18″ c. e. 53°32′47″ q. u.

1°31′27″ c. e. 51°52′02″ q. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şinqu əsasən yağışlarla qidalanır. Bu səbəbindən oktyabr-aprel-may ayları gursulu olur. Amazona töküldüyü yerdən 190 km məsafədə naviqasiyaya yararlıdır. Çayın orta axarında iri Kaşueyra-Qrandi şəlaləsi vardır. Enerjisindən istifadə etmək məqsədi ilə SES tikintisi planlaşdırılır. Çayın yuxarı axarlarında Şinqu Milli Parkı yerləşir.

2011-ci ilin yayında года dünyada güçünə görə dördüncü yeri tutan «Belo Monte» SES istifadəyə verilmişdir. Suanbarı Altamira inzibati vahidliyində 450 km² ərazini əhatə edir[2][3].

İstinadlar

  1. "Summary and History of the Belo Monte Dam: Rainforest Foundation" (PDF). Summary and History of the Belo Monte Dam: Rainforest Foundation. 6 January 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011. (#invalid_param_val)
  2. "Braziliya Amazon hövzəsində damba inşasını planlaşdırır". BBC Russian. 27 августа 2010 г. 2013-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
  3. "Belo Monte. Amazonun unikal SES". Rushidro. 05.06.2011. 2021-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.