Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası
Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası (oset. Цæгат Ирыстоны Автономон Советон Социалистон Респу́бликæ, (Цæгат Ирыстон) və ya Şimali Osetiya MSSR — 1936–1993-cü illərdə mövcud olan, RSFSR-in inzibati-ərazi vahidi. Paytaxt Orjonikidze şəhəridir. SSRİ-də osetinlərin əsas yaşayış yeri olmuşdur. Osetinlərlə yanaşı çox sayda çeçen, inquş və rus da bu ərazi də məskunlaşmışdı.
Tarixi dövlət | |||||
Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Vladiqafqaz | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
Tarixi
5 dekabr 1936-cı ildə yeni Stalinist konstitusiyanın qəbulu ilə Şimali Osetiya Muxtar Bölgəsi Şimali Qafqaz ərazisindən çıxarılaraq Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına çevrildi.[2]
1944-cü ilin mart ayında çeçenin, inquş və balkarların Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasından sürgün edilməsi ilə əlaqədar olaraq, ləğv edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasından, Malqobek və Açaluk, Nazran, Psedax, Priqorodnı rayonları, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasından Kurp rayonu, Stavropol diyarından Mozdok rayonları da köçürülərək Şimali Osetiyanın tərkibinə verildi.
9 yanvar 1957-ci ildə, çeçen və inquşların əfvindən sonra Malqobek şəhəri və Kosta-Xetaqurov rayonu bərpa edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına qaytarıldı.
20 iyul 1990-cı ildə Şimali Osetiya MSSR Ali Şurasının üçüncü iclasında Şimali Osetiya SSR-nin Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bu dəyişikliklər 24 may 1991-ci ildə RSFSR Xalq Deputatları Konqresi tərəfindən qəbul edildi.
9 noyabr 1993-cü ildə Şimali Osetiya SSR Ali Şurası Şimali Osetiya SSR-in adını dəyişdirən qanun qəbul etdi və bu qərara əsasən respublikanın Şimali Osetiya Respublikası adlandırılmasına qərar verildi.[3] Yeni ad eyni il dekabrın 12-də qəbul edilən Rusiya Federasiyasının Konstitusiyasında əks olundu.
Coğrafiyası
Şimali Osetiya Böyük Qafqazın şimal yamacında və ona bitişik olan meylli düzənliklərdə yerləşir. Sahəsi 8 min km²-dir.
Əhalisi
Şimali Osetiya MSSR-nin müxtəlif onilliklərdəki əhali sayı:
İl | Əhali, nəf. | Qeydiyyat |
---|---|---|
1939 | 329 205[4] | 1939 Sovet Siyahıyaalması |
1959 | 450 581[5] | 1959 Sovet Siyahıyaalması |
1970 | 552 581[6] | 1970 Sovet Siyahıyaalması |
1979 | 596 921[7] | 1979 Sovet Siyahıyaalması |
1989 | 634 009[8] | 1989 Sovet Siyahıyaalması |
İnzibati ərazi bölgüsü
17 yanvar 1979-cu ildə respublikaya 1 respublika tabeliyindəki şəhər və 8 rayon daxil idi.
- Respublika tabeli şəhər : Orconikidze
- Rayonlar :
- Alagir rayonu — mərkəzi; Alagir şəhəri
- Ardon rayonu — mərkəzi; Ardon şəhəri
- Diqora rayonu — mərkəzi; Diqora şəhəri
- İrafski rayonu — mərkəzi; Çikola kəndi
- Kirov rayonu — mərkəzi; Elxot kəndi
- Mozdok rayonu — mərkəzi; Mozdok şəhəri
- Pravoberejnı rayonu — mərkəzi; Beslan şəhəri
- Priqorodnı rayonu — mərkəzi; Oktyabrskoe kəndi
İstinadlar
- http://demoscope.ru/weekly/ssp/rus89_reg1.php.
- "Краткая справка об административно-территориальных изменениях Ставропольского края за 1920–1992 гг". 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
- "Указ Президента РФ от 9 января 1996 г. N 20 "О включении новых наименований субъектов Российской Федерации в статью 65 Конституции Российской Федерации"". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
- "Всесоюзная перепись населения 1939 г." 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.
- "Всесоюзная перепись населения 1959 г." 2011-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.
- "Всесоюзная перепись населения 1970 г." 2011-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.
- "Всесоюзная перепись населения 1979 г." 2011-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.
- "Всесоюзная перепись населения 1989 г." 2011-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09.