Şimali Makedoniyada nəqliyyat

Makedoniya Respublikasının nəqliyyatı dəmiryol, avtomobil, boru və hava nəqliyyatlarından ibarətdir. Ölkədənin dənizə çıxışı yoxdur. Burada su nəqliyyatı yalnız YunanıstanAlbaniya ilə sərhəddə yerləşən Oxrid gölündə mövcuddur.

Dəmiryolu

Ölkədə dəmir yollarının tikintisi və istismarı ilə «Makedonski Jeleznisi» şirkəti məşğul olur. Dəmir yolunun ümumi uzunluğu 925 km təşkil edir. Onun 699 km işlək 225 km isə ehtiyatdır[1]. Hazırda Kumanovo—Brlyakov dəmir yolunun tikintisi həyata keçirilirdi. Hansı ki, bu tikinti ilə dəmir yolu Bolqarıstanla birləşdirilir[2]. Şirkətin son işləri 2007-ci ildə başa çatdırılmışdır[3]. Dəmiryoları Albaniya, Yunanıstan, Bolqarıstan və Serbiya ilə birləşir[4][5].

Avtomobil nəqliyyatı

Avtomagistral A-1
Avtomagistral A-3
Avtomagistral A-4
Avtomagistral A-5

Avtomobil yollarının ümumi uzunluğu 9573 km, bu yolun isə 228 kilometri avtomagistraldır. Ölkədə 7 avtomagistral vardır:

  • Avtomagistral A-1: Tabanovse — Kumanovo — Miladinov — Petroves — Veles — Qradsko — Neqotino — Demir-Kapiya — Qevqeliya.
  • Avtomagistral А2: Kumanovo — Kriva-Palanka — Deve-Bair
  • Avtomagistral А3: Petroves — Skopye — Stenkoves — Blase
  • Avtomagistral А4: Miladinov — Skopye — Tetovo — Qostivar — Kiçevo — Struqa — Kafasan.
  • Avtomagistral А5: Oxrid — Pesen — Bitola — Prilep — Veles — Ştip — Koçani — Delçevo
  • Avtomagistral А6: Ştip — Radoviş — Strumişa — Novo-Selo.
  • Avtomagistral А7: Debar — Kiçevo — Makedonski-Brod — Prilep — Kavadar — Neqotina — Radoviş

İlk avtomagistral 1979 ildə istifadəyə verilmişdir.

Yol hərəkət qaydaları

Sürətin məhdudlaşdırılması:

  • 60 km/s yaşayış zonası
  • 80 km/s yaşayış zonasından kənar.
  • 110 km/s avtomagistral
  • 130 km/s avtomobil yollarında

Boru nəqliyyatı

2004-ci il məlumatına görə neft boru kəmərinin uzunluğu 120 km, qaz kəmərlərinin uzunluğu — 268 km-dir.

Hava nəqliyyatı

Ölkədə 17 aeroport vardır. Onlardan ən iriləri Böyük Aleksandr və Müqəddəs Həvvari Pavel aeroportlarıdır. 11 hava limanı möhkəm eniş zolağına malikdir. Altısının eniş zolağı möhkəm deyildur. Böyük Akeksandr hava limanın eniş zolağı 3042, Müqəddəs Həvvari Pavel hava limanının uzunluğu isə 2550 metr təşkil edir.

İstinadlar

  1. Objava na Mreza Arxivləşdirilib 2011-10-09 at the Wayback Machine  (maked.)
  2. "World Bank funds MZ split". Railway Gazette International. April 2006. 2012-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-01.
  3. "Intelligence". Railway Gazette International. July 2007. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-01.
  4. "Makedoniya Respublikasının xəritəsi (BMT)" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-01.
  5. "Атлас Управления Верховного комиссара ООН по делам беженцев" (PDF). 2020-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.