Şimali Makedoniyada boşnaklar

Makedoniya Respublikasında boşnaklar (mak. Македонски бошњаци) Makedoniya Respublikasında yayılmış xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2001-ci il siyahıya alınmağa görə Makedoniyada 17018 nəfər boşnak yaşayır. Bu isə ümumi əhalinin 0,84%[1] təşkil edir. Makedoniya ərazisində yayılmış boşnaklar əsasən Skopye və ətrafı ərazilərdə yayılmışdır. 8 fevral 2007-ci ildən ölkədə 28 sentyabr beynəlxalq boşnak günü kimi qeyd edilir. İcma üçün isə həmin gün istirahət günüdür. Boşnakların ölkədə iki siyası partiyası vardır: Boşnakların Demokratik Liqası və Demokratik Hərəkat partiyası.

Tarixi

Boşnaklar Makedoniya ərazisində bərabər yayılmışdır. Makedoniya ərazisində ilk boşnaklar Bosniya və Herseqovinanın 1875—1878 illərdə Avtriya-Macarıstan tərəfindən işğalından sonra meydana gəlmişdir. Balkan müharibələrindən sonra boşnakların bir qismi Türkiyə köçmüşdür. Makedoniya Sosialist Respublikası qurulduqdan sonra boşnaklar 1950-1960-ci illərdə Sancak ərazisindən əsasən Tutin, Plav, Qusine və Novi-Pazar ərazilərindən gəlmişdirlər. Türkiyə və Yuqoslaviya arasında anlaşmaya görə müsəlmanlar Makedoniya ərazisindən keçməklə Türkiyəyə gələ bilərlərdilər. Ancaq əhalinin bir qismi burada qalmışlar. Boşnakların yaşadığı Batins, Sredno-Konyari və Qorno-Orizari kəndlərində cəmləşmişdilər ki, burada da çoxlu sayda türk yaşayırdı. Hazırda isə boşnakların böyük qismi Skopye rayonu, Yorbeşiya, Prilep vilayətləri və Babuna, Topolka çayları vadisində cəmləşmişdir. Boşnaklar süni-müsəlmanlardır.


Əhali

2001-ci ildə aparılan siyahıya alınmağa görə boşnakların yaşayış icmaları:

İcma Ümumi əhali Boşnaklar
Skopye 467.257 6.465
Veles 57.602 2.406
Studeniçani 17.246 1.662
Dolneni 11.583 1.633
Petroves 8.255 1.442

Tanınmış nümayəndələri

  • Fehim Xuskoviç, rəssam
  • Ferid Muxiç, filosof
  • Mayya Muxiç, katib
  • Damir Xaciç,
  • Elvir Mekiç, müğənni
  • Almira Papiç, Tv xəbər aparıçısı.
  • Elvira Paxiç, müğənni
  • Xido Turkuqolu, türk basketbolçusu.
  • Rafet Muminoviç, Makedoniya deputatı.
  • Safet Bişevas, jurnalist.
  • Necat Memiç, jurnalist
  • Elvir Kurtanoviç, 1994-cü ildə Karate üzrə Avropa çemionu.

Mənbə

İstinadlar

  1. "Republic of Macedonia, 2002 census" (PDF). 2007-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.