Şimali Makedoniya albanları
Şimali Makedoniyada albanlar ərazisində etnik, dil və din baxımından ən iri milli azlıqlardan biridir. 2002-ci il siyahıya alınmasına görə 2 022 547 nəfərlik Makedoniyanın 509 083 (25,2 %) nəfəri etnik albanlardan ibarətdir. Albanlar ölkənin əsasən kənd təsərrüfatı rayonları olan qərb, şimal-qərb rayonları və mərkəzi hissələrdə yayılmışlar. Üstəlik ölkənin iki iri şəhərinin mütləq əhalisini təşkil edirlər. Onlar Tetovo (ümumi əhalinin 70,3 %), Qostivar (66,7 %), Debar (58,1 %), Struqa (56,8 %), Kiçevo (54,5 %), Kumanovo (25,8 %) və Skopye (20,5 %)[1] şəhərlərinin nir hissəsini təşkil edirlər.
Tarixi
1467—1468-ci illərdə Osmanlı imperiyası dönəmində aparılan siyahıya alınmaya görə Makedoniya vilayəti ərazisində cəmi 84 alban təsərrüfatın olması qeyd edilirdi. Albanlar ill əvvəllər xristian olmuşlar. Ancaq Osmalı imperiyası islam dinin yayılması məqsədi ilə tədbirlər görmüşlər. Nəticədə albanlar islamı qəbul etmişlər. Burada hədəf Bosfordan Adriatik dənizi sahillərinə qədər olan ərazinin islamlaşdırılması olmuşdur. Alban əsilli Əbdürrəhman paşa albanların şərqə doğru genişlənməsini təşkil etmişdir. Nəticədə albanların yayılma ərazisi daha da genişlənmişdir. Ətrafda onlan qeyri albanlar asilimiyasiyaya uğrayaraq albanlaşmışlar. 1931-ci ildə Makedoniya ərazisində albanların sayı 70 000 minə çatmışdı. Dövlət sərhədinin müəyyənləşdirilməsindən sonra albanların Makedoniyaya miqrasiyası kəsilmişdir. Bununla belə doğum səviyyəsinin yüksək olması səbəbi ilə albanların sayında olan artım müşahidə edilmişdir. Hətta 2001-ci ildə ölkədə doğulan əhalinin 40 % albanların payına düşmüşdür. Ancaq atıq 2004-cü ildə döğulanların sayı 31,6 % enmişdir.[2]. Bununla belə ölkədə doğulan albanların artım göstəricisi makedonları üstələyir. Bu isə gələcəkdə albanların istər say istərsə ümum ölkə göstəricisinə öz təsirini göstərəcəkdir.
- Makedoniyada yaşayan albanların sayı
İstinadlar
- "Arxivlənmiş surət" (PDF). 2007-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-26.
- "Мировые новости". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.