Şimali Atlantik Şurası

Şimali Atlantika Şurası (ing. North Atlantic Council, NAC) — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsas siyasi orqanı. Bu, üzv ölkələrin daimi nümayəndələrindən ibarətdir.[1] Şimali Atlantik Şurası Şimali Atlantika müqaviləsinin 9-cu maddəsinə uyğun olaraq yaradılmışdır və NATO-da səlahiyyətləri birbaşa müqavilədən irəli gələn yeganə qurumdur.

NATO-nun baş qərargahı. Brüssel, Belçika.

Şimali Atlantika müqaviləsi Şimali Atlantik Şurasına müxtəlif siyasi funksiyaları yerinə yetirmək üçün köməkçi orqanlar, o cümlədən müqavilənin digər hissələrini həyata keçirmək üçün müdafiə komitəsi yaratmaq hüququ vermişdir. Şimali Atlantika Şurası 1952-ci ildən daimi iclasdadır.[2]

İstinadlar

  1. "The North Atlantic Council". NATO. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  2. "REORGANIZATION OF THE NORTH ATLANTIC TREATY ORGANIZATION". 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.

Əlavə ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.