Şimali Amerika faunası

Ağbaş qartal

Ağbaş qartallar Şimali Amerikanın bütün ərazisində yaşayırlar.Bu quşlar iti , əyri caynaqları və dimdiyi olan qüvvətli yırtıcılardır.Xarici görünüşünə görə qartala oxşamasına baxmayaraq ağbaş dəniz qartalı qırğılar ailəsinə aid edilir.Əsasən bu quşlar balıqlarla qidalanır və suya yaxın yerlərdə məskunlaşırlar.

Amerika bizonu

Bir zamanlar Şimali amerikanın düzənliklərində vəhşi öküzlər -bizonlar böyük dəstələr şəklində məskunlaşmışdılar.Yerli əhali-hindularonları ovlayırdılar.Heyvanların əti ərzaq kimi istifadə olunur, dərisindən paltar tikilir, liflərindən sap əvəzinə istifadə edilir ,kamana gərilimiş ip kimi bağlanır ,sümüyündən əmək alətləri hazırlanır , onurğa sümüyünün üstünə dəri çəkilərək ondan kirşə hazırlayırdılar.Bir sözlə heç bir şey atılmırdı.

Lakin Avropalıların gəlişi ilə burada bir çox şey dəyişdi.Sanki onlar öz aralarında yarışaraq kimin , daha çox bizon öldürəcəyini müəyyən etmək istəyirdilər.Öldürülən heyvanların cəsədləri düzənliklərdə qalaraq iylənirdi.Bizonların nəslinin kəsilməsi təhlükəsi yaranmışdı.Hal- hazırda bu heyvanlar qorunur, onların sayı get- gedə artır.Onlara ancaq qoruqlarda rast gəlmək olur.Düzənliklərdə canavarlar məhv edildikdən sonra bizonların təbii düşməni qalmamışdır.

Ağ ayı

Quruda yaşayan ən böyük yırtıcı heyvan sayılan ağ ayı Arktika faunasının tipik nümayəndəsidir.Şimal Buzlu okeananın Şimali Amerika sahillərində üzən buzlarda yaşayan bu ayının bədəninin uzunluğu 3 metrədək , çəkisi isə 700 kq ya dək olur.Ağ atəların dabanları tüklü olur. Onlar əsasən suiti və balıqlarla qidalanırlar. Ağ ayılar qış yuxusuna getmirlər. Onların 2 ildə bir balaları olur. Zooparklarda yaşayan ağ ayılar 25 ilədək yaşayırlar.

Armadil.

Çöl itləri kimi armadil də yuvalarda yaşayır.Doqquzqurşaqlı armadil Şimali Amerikada yaşayan armadillərin yeganə növüdür.O, gecələr həşaratları, suda - quruda yaşayanları , sürünənləri ovlayır, meyvələr və bitkilərin toxumlarını yeyir.

Armadilin bədəni və quyruğu ayrı - ayrı zolaqlardan və qalxanlardan ibarət olan çanaqla örtülmüşdür. Bu çanaq təhlükə zamanı ona yumrulanaraq kürə şəklinə çevrilməyə , bununla da özünü qorumağa imkan verir.

Çəngəlbuynuz

Çəngəlbuynuz cütdırnaqlıların ayrıca bir ailəsidir. Öz adlarını buynuzlarının haçalanmasına görə almış bu heyvanlar böyük sürülər şəklində yaşayır , nəsilvermə zamanı isə sürü ayrı - ayrı qruplara bölünür. Qruplarda bir erkək və bir neçə dişi çəngəlbuynuz olur. Çəngəlbuynuzlar əla qaçırlar. Onlar sürətlərini 95 km/saata qədər artıra bilirlər.

Berkut

Berkut - qırğılar dəstəsinə aid lan böyük yırtıcı quşdur. O, Avropa və Şimalu Amerika dağlarında yaşayır.Berkut dağların açıq sahələrində , səmada çox yüksəkliklə rdə uçaraq öz şikarını axtarır.Onun şikarı kiçik gəmiricilər , quşlar , ilanlar ola bilər. Berkutlar çox aqressiv quşlardır. Tez - tez özündən böyük heyvanlara , məsələn cavan qar keçilərinə , qoyunlara hücum edirlər.

Puma

Dağ aslanı-puma və ya kukquar adlanan dağ yırtıcıları böyük pişiklər hesab olunur.Pumalar şimal meşələri,meşə-tundra,Şimali və Cənubi Amerikanın dağlarının əhatə etdiyi ərazilərdə yaşayır.Pumalar əsasən Şimali Amerika dağlarında yaşayan dağ keçiləri və qar qoyunları ilə qidalanırlar.Dağ aslanları həmçinin kiçik məməlilər,quşlar və leş də yeyirlər.Adətən onlar alaqaranlıqda ov edir,gündüzlər isə mağaralarda,qaya yarıqlarında və ya meşələrdə dincəlirlər.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.