Şimal adası (Yeni Torpaq)

Şimal adası (rus. Северный остров)- Yeni Torpaq arxipelaqına daxil olan ən iri ada. Ada 73°-77° ş,e yerləşir. Cənub adası ilə dar Matoçkin Şar boğazı vastəsi ilə ayrılır. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Sahəsi 48 904 km² təşkil edir. Bu göstəriçi ilə Rusiyanın Saxalin adasından sonra ikinci adasıdır. Qərbdə Barens dənizi, şərqdə isə Kara dənizi onun sahillərini yuyur.

Şimal adası
rus. Северный остров
Ümumi məlumatlar
Sahəsi 48 904 km²
Uzunluğu
  • 570 km
Eni 115 km
Hündür nöqtəsi 1547 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
75°30′00″ şm. e. 58°05′00″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Şimal adası xəritədə
Şimal adası
Şimal adası

Ada Ural dağlarının arxipelaqa doğru uzanan hissədə şimalda yerləşir. Eni 132 km, 1547 metr olan Kruzenştern dağı yerləşir[1]). Adanın yarısı Buzlaqlarla örtülüdür. Adanın buzlaq örtüyünün sahəsi 19800 km² təşkil edir. Adalarda yerləşən buzlaqlar arasında Qrenlandiya və Antarktidaya aid adalardakı buzlaqlardan sonra üçünçüdür. Burada çoxlu sayda 3900 km² buzlaqlar vardır.

Adanın sahilləri çox girintili-çıxıntılıdır, belə ki burada çoxlu sayda buxta, yarımada, burun və körfəz vardır. Sahilə yaxın ərazilərdə kiçik ölçülü adalar vardlr: Domaşnıy, Qlumyannoy, Bolşoy Luda, Dvaynoy, Qorbatıy, Berxa, Barens adası, Zelonıy, Qaqaçiy və Kamen adaları vardır.

Suxoy Nos burnu adanın cənubunda yerləşir. Burun 1958-1961 ci illər ərzində nüvə bombasının sınaqlarında istifadə edilirdi.

Adada hazırda rus hərbi bazası və hərbi limanı yerləşir.

Jelaniya burnunda avtomatlaşdırılmış meteiroloji stansiya vardır. 1994-cü ilə qədər stamsiya Soyuq müharibəsinə xidmət edirdi. Bu mühüm elmi mərkəz Kara dəniziBarens dənizi arasında sərhədi təşkil edir (76°42′13″ şm. e. 69°04′05″ ş. u.).

Onun ən uçqar şərq nöqtəsi Flisdinqskidir.

Adada bir necə kiçik yaşayış məntəqəsi var idi. Onlardan Atxanqelskoe, Fodkino, Krestovoya Quba, Lagernıy və Vıxodnoy. Hal-hazırda isə onlar tərk edilmişdir. Matoçkin Şar boğazı sahilində qütb stansiyası fəaliyyət göstərirdi.

Adanın ən böyük gölü Qolsovoedir, adanın cənubunda yerləşir.

Tarixi

Hollandların tərtib etdiyi Yeni Torpağın xəritəsi.

XI—XII əsrlərdə adanı Böyük Novqorod taçirləri aşkatlamışdırlar. Qərbi avropalılarda 1553-ci ildə Hyu Uillobi şimal dəniz yolunu aşkarlamaq məqsədi ilə təşkil etdiyi uğursuz ekspedisiyası zamanı burada olur. Hollandiyalı Villеm Barеns 1596-cı ildə adanın şimallına çatır və qışı adada keçirir. Geri qayıtmaü istərkən adanın şimal-şərqində həlak olur. İlk rus ekspedisiyası Feyodr Rosmıslov həyata keçirir.

XIX əsrdə ada və onun daxil olduğu arxipelaqda yaşayış olmamışdır. Əsasən norveçlilər və pomorlar burada ov və balıqçılıqla məşqul olmuşlar. Ancaq adada heç biri yaşayış qura bilməmişdirlər. Yeni Torpaq arxipelaqı aralıq ərazi olaraq qalırdı, ara sıra Rusiya imperiyası arxipelaqa idia edir və onu öz ərazisi hesab edirdi.

Adada yaşayış uzun zaman olmamış yalnız bir necə alman ailəsi orada qala bilmişdir. Adaya insanların nisbətən kütləvi köçü 1869-cu ilə təsadüf edir. 1910-cu ildə adada Krestovoy buvtasında Olqinski qəsəbəsi salınır. Bu isə (74°08′ ş.e.) o dövr üçün Rusiyanın Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi idi.[2].

Ada ətrafına rəsmi sənədlərdə öz əksini tapan ilk səyahəti Vladimir Aleksandroviç Rusanov 1910-cu ildə «Dmitriy Solunski» gəmisində həyata keçirir. O, adaları piyada gəzən ilk insan olur. Onun şərəfinə arxipelaqda yarımada və buxta vardır.

Almanlar və adanın digər sakinləri 1957-ci ildə nüvə sınağı səbəbindən materikə köçürülmüşdür. Bununla belə rxipelaqda ilk sınaqlar bundan önçədə həyata keçirilmişdir.

1961-ci ilin 30 oktyabrında dünya tarixində ən güçlü (58 meqaton) azot bombası D-II sınaq meydançasında Suxoy Nos burnunda partladılır (Çar bombası). Bu bombanın təsirindən Diskon adasında olan evlərdə pənçərə şüşələri sınmışdır.

1990-ci illərdən adada heç bir yaşayış məntəqəsi yoxdur.

Adanın çayları

Adadan axan çaylar: Komsomoles, Qrişina Şar, Ovrajnaya, Andromed, Uşşelye, Qlubokaya, Neblyoynaya, Bıstraya, Kanonnaya, Prpmıslovays, Şirokaya, Bıstraya, Labiqina, Baydarka, Milera, Nosilova, Kabanova, Noçuyev, Azimut, Şalonik, Xalkopiritovıy, Epişkina, Podqornıy, Mutnaya, Pesovaya, Qolsovaya, Melnaya, Şirokiy, Promıslovaya, Sedovka, Yujnıy Krestovaya, Zelyonaya, Lednikovaya, Velikaya, Kolyaçiy, Vıxodnaya, Bolşaya və Snejnaya.

Burunları

Suxoy Nos, Flissinqskiy, Jelaniya burnu və Bismark.

İstinadlar

  1. "Yeni Torpaq arxipelaqı haqqında hər şey - Arxipelaqın coğrafiyası". 2013-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.
  2. İvan Vasileviç Sosnovski. Arxangelsk quberniyasında yaşıyan əhalinin 1909-ci ilə olan siyahısı Arxivləşdirilib 2014-04-18 at the Wayback Machine Arxangelsk, 1911.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.