Şilka çayı

Şilka[1] — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu.

Şilka çayı
rus. Шилка, evenk Силькари
Ölkə  Rusiya
Mənbəyi  
  Yüksəkliyi 738 m
Mənsəbi Amur çayı
  Yüksəkliyi 0 m
Uzunluğu 560 km
Su sərfi 550 m³/s
Hövzəsinin sahəsi 206000 km²
Şilka çayı (Zabaykal diyarı)
mənbəyi
mənsəbi
Şilka çayı Zabaykal diyarının fiziki xəritəsində:

51°42′22″ şm. e. 115°50′45″ ş. u.

53°20′03″ şm. e. 121°28′31″ ş. u.
DSR 20030100412118100003474
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Ononİnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır

Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var.

Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km[2]. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir. Şilka çayı boyunca Şərqi Zabaykala xas olan dağ tayqası mənzərələri çox hissəni tutur. Quru otlu qarışıq çöllər dağlıq Şərq Sibir tayqaları ilə birləşir. Şabalıd torpaqları alt hissələrdə üstünlük təşkil edir və yuxarıda axarlar boyunca isə qaratorpaqlar meydana gəlir. Təxminən 1000 m yüksəklikdəki təpələrin şimal yamacları boz meşə torpaqları ilə örtülüdür. Çöl zonasında ən çox yayılmış bitkilər Kəklikotu, Stipa və s-dir. Tayqa bölgələrində şam, ağcaqayın və sidr üstünlük təşkil edir.

Hidrologiya

Şilka nisbətən az sulu olması ilə xarakterizə olunur. Aşağı axınlarda orta illik axın sürəti 550 m /s, maksimumu 11,400 m³/s-dir. qidalanması qarışıq olsa da, qidalanmasında yağış suları üstanlük təşkil edir (80%). Sretensk şəhərində - yəni 172 min km² tutma sahəsinə uyğun çayın yerində - yay yağışları nəticəsində daşqınlar zamanı sərfiyyat 9000 m³ / s-a qədər, qışda isə 1 m³ / s-a çatır. Bəzi şiddətli qışlarda çay tamamilə donur. Şilka çay hövzəsinin su rejiminin özünə məxsus özəlliyi vardır - burada sel dövrü 120-130 gündür. Ümumilikdə ildə 8-dən 12-dək sel ola bilər. Şilkada suyun səviyyəsindəki maksimal dalğalanma 12,5 m-ə qədər qeydə alınır.

Əhəmiyyəti

Aşağı hissədə, mənsəbdən Sretensk şəhərinə qədər Şilka naviqasiyada istifadə olunur. Çayda naviqasiya 160 ilə 180 günə qədər davam edir. Şəhərlər: Sretensk, Şilka. Hövzədə əlvan metallar və qızılın böyük yataqları var.

İstinadlar

  1. Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 18. Дальний Восток. Вып. 1. Амур / под ред. С. Д. Шабалина. — Л.: Гидрометеоиздат, 1966. — 487 с.
  2. В. Полеванов. В поисках истока Амура // Наука и жизнь. — М., 2008. — № 10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.