Şiləvəngə (Cəlilabad)
Şiləvəngə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Şiləvəngə | |
---|---|
39°15′34″ şm. e. 48°26′05″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1073 (2009) nəfər |
|
Toponimikası
- Şiləvəngə oyk., mür.
- Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi Yardımlı r-nunun Şiləvəngə kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır;
- Yardımlı r-nunun eyniadlı i.ə.v.-də kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim talış dilindəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, “çuxur yer” və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən yən sözündən və -gə (gah) şək.-sindən ibarət olub, “çubuqla hörülmüş bənd olan yer” kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq məqsədilə bənd çəkil-miş çökək erazidə yerləşir.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1073 nəfər əhali yaşayır.[2]
Tanınmış şəxsləri
- Faiq Cəfərov–Azərbaycanın Milli Qəhrəmanı.
- Azad Şəkərov-Qarabag Muharibesi Veterani.
Şehidleri: Vidadi Babayev Kənan İbrahimli Elvin Şükürlü
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.