Şikotan

Şikotan (aynu. Сикотан, yap. 色丹島) — Aynu dilində "Əla yer" ("Şi" — əla; "Kotan" — yer)[1][2]Kuril adalarının cənubunda yerləşən cənubi kuril sırasına daxil olan ən iri ada. Rusiya adaya nəzarət edir. İnzibati cəhətdən Saxalin vilayətinin Cənubi Kuril şəhər dairəsi ərazisinə daxil edilir. Yaponiya isə adalara iddia edir. Adanı Hokkaydo qubernatorluğunun Nemuro dairəsinə daxil edilir[3][4][5]. Ada federal əhəmiyyətli "Kiçik Kuril" qoruğu ərazisinə daxil edilmişdir.

Şikotan adası
aynu. Сикотан, yap. 色丹島
Ümumi məlumatlar
Sahəsi 225 km²
Hündür nöqtəsi 412 m
Əhalisi 2.820 nəfər (2010-cu il)
Yerləşməsi
43°48′00″ şm. e. 146°45′00″ ş. u.
Ölkələr
Akvatoriya
Şikotan adası xəritədə
Şikotan adası
Şikotan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Şikotan

Ada şimal-şərqdən cənub-qərbə 27 km uzanır. Eni 5–13 km təşkil edir. Adanın sahəsi 225 km²-dir. Maksimal hündürlüyü 412 metr olan Şikotan dağıdır. Adada fəaliyyətdə olan vulkan yoxdur[6]. Buma baxmayaraq burada seysmik aktivlik yüksəkdir. Sahillərində sunamilər müşahidə edilir. Cənubi Kurilk boğazı daxilində Malokurilsk (şimalda) və Krabovaya buxtaları (mərkəz) yerləşir. Sahillərində gəmilərin yan alması üçün əlverişli buxtalar müşahidə edilir. Ada öz adını bu amildən almışdır[2]. Şikotan adası Kunaşir adasından Cənubi Kuril boğazı ilə, Polonski adasından isə Şpanberq ilə ayrılır.

İqlimi

Şikotan adası dəniz mülayim iqliminə malikdir. Mussonların təsirinə məruz qalır. Cənub-şərqi şimal qərbinə nisbətən mülayim və rütubətli iqlimə malikdir. İqlimin bu çür qanuna uyğunsuzluğu isti Soya cərəyanın təsiri ilə əlaqədardır. Yayı ümumilikdə rütubətli və mülayimdir. Ən isti ayı avqust olub temperaturu +15,6°S təşkil edir. Qışı materikə (eyni paralelə) nisbətdə iqlimi yumşaq olur. Yağıntı əsasən qar halında düşü[7]. Qışın orta temperaturu −5,2 °S təşkil edir[8][9]

Fauna və flora

Dinodon

Ölçü baxımından ərazisinin kiçikliyi onun fauna və florasının kasıblığına səbəb olmuşdur. 2002-ci il araşdırmasına görə adada cəmi 663 növ bitki aşkarlanmışdır. Bambuk bitkisi sıx kolluqlar əmələ gətirə bilmir və asanlıqla keçilir[10]. Burada Qara şam, TozağacıKüknar kimi bitkilər bitir. Yırtıcıları TülküAğquyruq dəniz qartalıdır. Ətrafında yerləşən iri adalardan fərqli olaraq Qonur ayı[11] yoxdur. Endemiki Şikotan tarlasıçanıdır[12].

Əhali

Adanın əhalisi 2800 nəfər[13] təşkil edir. Əhalinin 80 % Ruslardır. Yaşayış mənyəqələri:

  • Malokurilskoye
  • Krabozavodskoye

Hidroqrafiya

Adada elədə böyük olmayan göllər və bulaqlar vardır. Ətraf sularında 70 növ balıq yayılmışdır. Üstəlik burada Yengəclər, Dəniz kirpiləri və digər canlılara rast gəlmək olar.

Sərhəd qoşunları

1945-ci ildə adada Sovet sərhəd qoşunları yerləşdirilmişdir. Hazırda isə Rusiya federasiyasının sərhəd xidməti fəaliyyətdədir[14]. Hazırda sərhəd qoşunlarınım hədəfi yapon təşkil etdikləri qanunsuz bio resurs ovuna qarşı mübarizədir[15].

Şikotan adası

Tarixi

Ada ilk dəfə İkinci Kamçatka ekspedisiyası zamanı 1733–1743 illərdə kəşf edilir və Fiqurnım adlandırılır. 1739-cu ildə xüsisi ilə Matin Petroviç Şpanberq və Valton adaların öyrəlnilməsində böyük xidmətləri olur. Sonrada adanın araşdırılmasındakı xidmətlərinə görə Şpanberq adası adlandırılır. Rus dənizçiləri Rikord və Qolovin adanı Çikotan olaraq qeyd edirlər[16]. 1855-ci ildə Rusiya ərazisi olaraq keçərli olsada 1855-ci il Şimoda traktatına görə Yaponiyaya aid edilməsi təstiqlənir. SSRİ 1945-ci ildə adanı işğal etmişdir.

Ərazi mübahisəsi

2 fevral 1946-ci il SSRİ ali sovetinin qərarı ilə ölkəyə birləşdirilir[17]. Şikotan digər Kuril adaları ilə birlikdə Cənubi Saxalin vilayəti ərazisinə daxil edilir.

1956-ci ildə SSRİ və Yaponiya deklarasiya imzalanır. Sənədə görə Şkotan və Habomay Yaponiyaya qaytarılmalı olur. Dövrünün müəyyən səbəblərindən anlaşma yerinə yetirilmir. 2004-ci ildə Rusiya 1956-ci il anlsşmasını tanıdığını bildirmiş və SSRİ-ın varisi olaraq adaların qaytarılması ilə bağlı danışığın başlanmasına razılıq vermişdir.

Hazırda ərazi mübahisəsi həll edilməmiş olaraq qalır. Yaponiya Şikotandan əlavə Kuril adalarının cənubunda yerləşən bir çox adalara iddia edir[18][19][20].

Şikotan ətrafı adaları

İstinadlar

  1. "10 особенностей Курильских островов — Виктория Чернышева — Российская газета". 2014-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  2. "Статьи — Большеклювые вороны на острове Шикотан". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  3. Карта округа Нэмуро Arxivləşdirilib 2020-01-28 at the Wayback Machine (yap.)
  4. Administrative map of Japan (As of April 1, 2014) Arxivləşdirilib sentyabr 12, 2015, at the Wayback Machine (ing.)
  5. "Управление по вопросам Северных территорий общего департамента губернаторства Хоккайдо". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  6. "Kuril". 2013-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  7. http://остров-итуруп.рф/page.php?5%5B%5D
  8. "Arxivlənmiş surət". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  9. "Climatebase.ru". 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  10. "Arxivlənmiş surət". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  11. "Travel Agency «Omega-Plus»". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  12. "DisCollection.ru :: Cənubi Kuril adalarının kiçik məməliləri". 2014-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  13. "WebCite query result" (PDF). 2014-07-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-07-28.
  14. "Şikotan" (PDF). 2021-12-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-01-31.
  15. "Пограничье: Курилы: Служба на краю земли — Журнал «Братишка»". 2016-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  16. Головнин В. М. "Приключения в плену у японцев". М. Захаров, 2004. стр. 312
  17. "Из Указов Президиума ВС СССР от 2 февраля 1946 г." 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  18. Nemuro dairəsinin xəritəsi (yap.)
  19. Administrative map of Japan (As of April 1, 2009) Arxivləşdirilib fevral 12, 2013, at the Wayback Machine (ing.)
  20. "Позиция губернаторства Хоккайдо в отношении проблемы Северных территорий". 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.