Şida Kartli

Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır.

Şida Kartli
შიდა ქართლის მხარე

42°11′ şm. e. 44°00′ ş. u.


Ölkə
İnzibati mərkəz Qori
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi
  • 4.807 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 254.100 ± 100 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu GE-SK
Rəsmi sayt
Şida Kartli xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati bölgüsü

Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir:

Coğrafiyası

Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən KürAraqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi.

Tarixi

Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.

Əhalisi

Cənubi Osetiyanın işğalında qalan ərazini çıxmaqla İç Kartlinin əhalisi 2014-ci ilin qeydiyyata alınmasına əsasən 263.382 nəfərdir. Onların çoxsu etnik gürcülər (249.479 nəf. və ya 94,7%), azı isə azərbaycanlılar (5.501 nəf. və ya 2,1%), osetinlər (4.668 nəf. və ya 1,8%), ermənilər (2.072 nəf. və ya 0,8%), ruslar (758 nəf. və ya 0,3%) və digərləridir.[1]

Osetinlər tarixən şərtli olaraq Trialeti Osetiyası adlı bölgədə yaşayıblar, lakin Cənubi Osetiya münaqişəsi nəticəsində böyük qismi bu ərazini tərk etmişdir. Azərbaycanlılar Kaspi (5 kənd) və Qori (2 kənd) bələdiyyələrində sıxca, Kareli bələdiyyəsində isə gürcü və osetinlərlə qarışıq yaşayırlar.

İstinadlar

  1. "Ethnic composition of Georgia 2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.