Şibi xaqan

Şibi xaqanŞərqi Göytürklərin ikinci xaqanı. Onun dövründə Suy sülaləsini zəifləmişdi.

Şibi xaqan Türk Şad
始畢可汗
609 619
ƏvvəlkiYami xaqan
SonrakıÇula xaqan
Şəxsi məlumatlar
Doğum tarixi VI əsr
Vəfat tarixi
Vəfat yeri Taiyuan
Vəfat səbəbi Xəstəlik
Atası Yami xaqan
Həyat yoldaşı Şahzadə Yiçenq
Uşaqları Tolis xan
Aşina Cieşeşuay
Dini Tenqriçilik

Hakimiyyəti

Şibi xaqan qurultay tərəfindən seçilməmişdi. O taxta imperator Yanq Quanqın əmri ilə gəlmişdi. Hakimiyyətinin ilk 5 ili sakit keçdi. 615-ci ildə Şibi xaqan imperator Yanmendə olanda xaqanın köməkçisini öldürməsi və qardaşı Çulaya çinli şahzadə sözü verməsindən qəzəbləndi və qəfil hücuma başladı. Yanmen mühasirəyə alındı. İçeng xatunun yalanı ilə mühasirəyə son qoyuldu və ordu şimala çəkildi. İmperatorun köməyinə isə sərkərdələrindən Li Yuan gəldi. 616-cı ilə qədər davam edən müharibədə nəticə alınmadı.

Hakimiyyətin sonları

617-ci ildə Çin imperiyası dağıldı. Xaqan Çindəki ən güclü adama çevrildi. Çinin ən böyük generalları onun ordusunda vəzifəyə gəldilər. Xaqanın ordusunda artıq xitaylar, çinlilər, tatarlar, qaoçeləruyğurlar var idi, toplam sayları bir milyona yaxın olmuşdu. Xaqan imperatora sadiq qalan son qüvvələrin də üzərinə yürüş edərkən xəstələnərək öldü. Bu vəziyyətdən Li Yuan yetərincə istifadə etdi. Özünün yeni Tan sülaləsinin əsasını qoydu. Türklərlə dost siyasət yürütməyə başladı. [1]

Ailəsi

Oğlu Tolis xan imperator Yanqın qızı şahzadə Xuaynan ilə evlənmişdi.Digər oğlu isə məşhur Aşina Cieşeşuaydır.

İstinadlar

  1. Xiong, Victor Cunrui. Emperor Yang of the Sui Dynasty: His Life, Times, and Legacy. SUNY Press. 2006. səh. 213. ISBN 0-7914-6587-X. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.