Şi Le

Şi Le (274, چین[d]333) — əslən Hunların Ci tayfasından olan əyan idi. Hu Çao imperiyasını qurmuşdu.

Şi Le Şilonq Minq Qotszu
石勒 世龍 明 高祖
SonrakıŞi Honq
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şansi, Çin
Vəfat tarixi
Fəaliyyəti hərbi qulluqçu
Atası Çuheçu
Anası Vanq
Həyat yoldaşı Liu Minq
Uşaqları Şi Kan (oğulluq)
Şi Hsinq
Şi Honq
Şi Hon
Şi Hui
Dini Tenqriçilik

İlk dövrləri

Şi Lenin əsl soyadının Şi olub-olmadığı məlum deyil, lakin Çin tarixçiləri onu bu soyad ilə qəbul edir. Atası Çuheçu və babası Yeyiyu qəbilə başçıları idi. Şi soyadını bir dostunun təklifi ilə alan Le ilk dövrlərdə Cin sülaləsi və Xan Çao hərbçisi olaraq yüksəlməyə başladı.

Xan Çao dövrü

Liu Yuan dövründə general olan Şi Le onun övladları olan Liu HeLiu Konqa da xidmət etmişdi. 311-ci ildə az Hun ordusu ilə özlərindən çox olan Cin ordusunu məğlub edən Şi Le bütün tutduğu generalları edam edirdi. Bu onun şöhrətini artırırdı. Əmisi oğlu Şi Hu ilə birlikdə bütün döyüşləri qazanan Ledən hamı qorxurdu. Hsianquo şəhərini fəth edərək orda yaşamağa başladı. Şi hər yeni torpağı ələ keçirdikcə güclənirdi. 315-ci ildə isə bütün şərqi Xan Çaonun qubernatoru oldu. Lakin bir konspriyasiya nəticəsində Xan Çaoya üsyan edərək öz dövləti olan Hu Çaonu qurdu.

Müstəqillik dövrü

Əvvəlcə Cin sülaləsi qalıqlarını təmizləyən və Sienbiləri məğlub edən Le 329-cu ildə Xan Çao dövlətini işğal edərək özünü imperator elan etdi.

İmperatorluq

Şi Le imperator olan kimi bir oğlu Şi Honqu vəliəhd, digər oğlu Şi Honu isə "ikinci şanyü" titulu ilə mükafatlandırdı. Şi Hu isə buna görə əsəbləşdi, bu qədər müvəffəqiyyətdən sonra heç olmasa ikinci şanyü titulu almalı idi. 333-cü ildə Şi Le xəstələndi və vəfat etdi. O heç kimin bilmədiyi bir yerdə dəfn olundu.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.