Şeyx Tusi
Şeyx Tusi (fars. شیخ توسی; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی; 995[1][2][…], Tus – 2 dekabr 1067, Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi.
Şeyx Tusi | |
---|---|
Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi | |
Doğum tarixi | |
Doğum yeri | Tus, İran |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Məscidi Tusi, Nəcəf, İraq |
Milliyyəti | Fars |
Elm sahəsi | İslam |
Elmi rəhbəri | Nəcəf elmi mərkəzi |
Tanınmış yetirmələri |
İshaq b. Bəbaveyh-i Qumi Əbu Səlah-i Xələbi öz oğlu Əbu Əli Tusi və b. |
Tanınır | Şeyx Tusi |
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Həyatı
Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir.
Təhsili
Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir.[3] Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.[4] 1017/1018–1022/1023-cü illərdə Şeyx Müfiddən dərs alır və müctəhidlik dərəcəsinə çatır. Sonra müəllimi Şeyx Müfidin məsləhəti ilə "Təhzibul Əhkam" əsərini yazır.[5] Bu əsər sonradan Şiə məzhəbinin ən məşhur dörd əsərindən birinə çevrilir.
Müəllimləri
- Şeyx Müfid
- Seyyid Mürtəza
Tələbələri
Bir çox tələbələr yetişdirmişdir. Onlardan bəziləri:
- İshaq ibn Bəbaveyhi Qumi
- Əbu Salehi Xələbi
- oğlu, Əbu Əli Tusi
- Şəhraşubi Mazandarani
- Əbdülcabbar ibn Abdullah əl-Qəməri Razi
- Məhəmməd ibn Həsən Fətal
- Kəraçi
- Hüseyn ibn Fəthi Cürcani
- Cəfər ibn Əli Hüseyni
- Nasir ibn Rza Ələvi və b.[6]
Dini fəaliyyəti
1055-ci ildə Səlcuq sultanı Toğrul bəy Bağdada hücum etmişdir. Hücum zamanı bir çox şiə məhəllələri yağmalanmışdır. Şahbur ibn Ərdəşir'in kitabxanası yandırılmışdır. Talan 1059/1060-cı ilərə kimi davam etmişdir. Bu hadisələr zamanı bir neçə dəfə Şeyx Tusinin yazdığı kitablar və kitabxanası şəhər meyanına daşınaraq yandırılmışdır. 1057/1058-ci ildə Tusinin evi də yağmalanmış və bütün əsərləri yandırılmışdır. Bütün bu hadisələrdən sonra Şeyx Tusi Bağdad şəhərindən köçmək qərarına gəlmişdir. 1056/1057-ci ildə Nəcəf şəhərinə köçmüşdür. Nəcəfdə ömrünün qalanını İslamı tədris etməklə keçirmiş və burada hələ də mövcud olan böyük şiə tədris müəssisəsinin əsasını qoymuşdur. [7]
Əsərləri
Şeyx Tusi 51-ə yaxın əsər yazmışdır.[8]
Təfsir
- "ət-Tibyan'u fit-Təfsiri'l Quran"
- "əl-Məsailu'd-Dimeşqiyyə fit-Təfsiri'l Quran"
Hədis
- "Təhzib əl Əhkam"
- "İstibsar"
Fiqhi
- "ən-Nihayə"
- "əl-Məbsut"
- "əl-İcaz fil Fəraiz"
- "əl-Məsailu'l Xələbiyə fil Fiqh"
- "əl-Məsailu'l Xairiyyə fil Fiqh"
Üsul
- "Hücciyətu'l Əxbar"
Kəlam
- "Təlxisu'l Şafi"
- "Təmhidu'l Üsul"
- "əl-İqtisad"
- "əl-Firaq beynən-Nəbi vəl İmam"
Rical
- "Kitabu'l Ənvar" ("Rical-i Şeyx Tusi")
- "İxtiyaru Marifəti'l Rical"
- "əl-Fihrist"
Tarix
- "Maqtəlu'l-Hüseyn"
- "Müxtəsaru Əxbar-i Muxtar ibn Əbu Ubeyd əl-Saqafi"
Dua
- "Misbahu'l Mütəhəccid"
- "Müxtasaru'l Misbah"
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Muḥammad ibn al-Ḥasan Ṭūsī // Faceted Application of Subject Terminology.
- Əli Dəvaniqi, "Həzareyi Şeyx Tusi, səh. 4
- Seyyid Möhsün Əmin Amuli, "Əyan əş-Şiə, c. 9, səh. 159
- "əz-Zaria", c. 4, səh. 504
- Ağa Buzurgi Tehrani, "ət-Tibyan", c. 1, Ön söz
- "əz-Zəria", c. 5, səh. 220
- "əz-Zaria", c. 5, səh. 220