Şeyx Nurullah Əfəndi Ziyarətgahı
Şeyx Nurullah Əfəndi ziyarətgahı — Şəki rayonu Baş Layısqı kəndində yerləşən ziyarətgah.
Ziyarətgah haqqında
Şeyx Nurullah Əfəndi ziyarətgahı Nəqşibəndi təriqətinin şeyxi olan və övliyalıq məqamına yüksələn Şeyx Mahmud Əfəndinin müridlərindən olan Hacı Nurullah əfəndinin adı ilə bağlıdır. Belə ki, Hacı Nurullah əfəndi 1896-cı ildə vəfat edib və bu ziyarətgahın olduğu ərazidə dəfn edilmişdir. Zaman keçdikdən sonra yerli bölgə əhalisi bu ərazini ziyarətgaha çevirmişlər.[1]
Həmçinin bax
İstinadlar
- "Paşa Yaqub - Nurlu simalar, II nəşr, "Zərdabi LTD" MMC, Bakı - 2010, 128 səh" (PDF). 2016-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-09-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.