Şeyx Haşım Qəzvini
Şeyx Haşım Qəzvini (1891-10 oktyabr 1960) — İslam alimi.
Şeyx Haşım Qəzvini | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qəzvin |
Vəfat tarixi | |
Vəfat yeri | Məşhəd şəhəri |
Fəaliyyəti | alim |
Həyatı
Molla Haşim Qəzvini, Qəzvinin Haşimxan qəsəbəsindən olub, Məşhəddə yaşayırdı və orada elmi hövzənin birinci dərəcəli ustadlarından sayılırdı.
Rza şah Pəhləvinin islam əleyhinə çıxardığı qanunlara etiraz etdiyi üçün, şah onu Məşhəddən Qəzvinə sürgün etdirmişdi.
Qəzvinə gələndən sonra Haşimxan qəsəbəsinin əhalisi öz həmvətənlərini camaata yol göstərib, moizə etmək üçün öz doğma yurduna dəvət edir.
Şeyx Haşım Qəzvini 10 oktyabr 1960-cı ildə Məşhəd şəhərində vəfat edib.
Əhvalat
Qəzvinin tanınmış şəxsiyyətlərindən biri... Seyyid Haşim adlı şəxsin dilindən nəql edirdi ki, deyir: Atam vəfat edəndən sonra, ailənin məsuliyyəti mənim üzərimə düşdü. Mən həm cavan, həm də olduqca kasıb idim. Bir gün "Təzrək" əhlindən və atamın müridlərindən olan bir nəfər mənə bir odun şələsi verdi ki, qəsəbəyə aparım. Yolda gördüm alicənab bir seyyid mənə tərəf gəlir. Yaxınlaşanda gördüm ki, başında qara əmmamə, belində yaşıl şal var. Mübarək üzünə baxdım, camalı günəş kimi nur saçırdı, ixtiyarsız camalı qarşısında əriyib məhv oldum. Mənə dedi: Seyyid Haşim dərs oxu, niyə dərs oxumursan? Seyyidə savadsızlıq yaraşmaz.
Dedim:
Ağa, mənim məktəbə verməyə pulum yoxdur. Buyurdu: Mən Molla Haşimə tapşıraram sənin məktəb pulunu verər, bir də qəsəbə əhlinə de ki, niyə bu ağaya əziyyət verirlər? (Qəsəbədə Mənsurus-Səltənə adlı bir nəfər ağaya çox əziyyət verirdi) Bunu deyib bir anın içində gözümdən qeyb oldu. Mən gözüyaşlı evə gəldim. Evdə oturub ağlayırdım və təəssüf edirdim ki, niyə İmam Zamanı tanımadım.
Anam dedi:
Niyə ağlayırsan? Mən başıma gələnləri anama danışırdım ki, bu vaxt molla Haşimin külfəti Səkinə xatun gəldi və dedi: Ağa sizi çağırır. Qalxıb molla Haşimin evinə getdim. Ağa dedi: Seyyid Haşim nə var, nə yox? Bu gün yolda kimi gördün və o sənə nə dedi? Mən yolda gördüklərimi ona danışdım.
Dedi:
Bəli, o İmam Zaman idi, mənim evimə gəldi və səni mənə tapşırdı. Amma necə ki, mən sağam bu əhvalatı heç kimə danışma, mən də kimsəyə bir söz deməmişəm.(Seyyid Ne`mətullah Hüseyni, "Mərdane elm dər meydane əməl”, c. 5, səh. 398) «İMAM ZAMANIN XÜSUSI MƏRHƏMƏTI»