Şeyx Adi bin Müsafir
Şeyx Adi bin Müsafir (ərəb. عدي بن مسافر الاموي; kürd. Şêx Adîyê Şamiyê kurrê Misafirî) - Yezdanizm inancının əsas filosoflarından biri. Yezidilər tərəfindən müqəddəs olaraq qəbul edilən şəxs. Şeyx Adi bin Müsafir Adâvv’îyye Sufi təriqətinin qurusucu hesab olunur. 1075-1162-ci illər arasında yaşamışdır. Qısaca Şeyx Adi olaraq adlandırılan Şeyx Adi bin Müsafir bu gün Livan ərazisində yerləşən Bekka vadisində 1075-ci ildə dünyaya gəlmişdir. Dönəminin tanınmış filosları Əbu Hamid əl-Qəzali və Qadiriyyə təriqətinin qurucusu olan Əbdülqadir Gilaniin əsərlərindən təsirlənmişdir. 1116-cı ildə Məkkəni ziyarət etdikdən sonra, İraqın şimalında yerləşən Laliş məbədində yaşamağa başlamışdır. 1162-ci ildə vəfat etməsinin ardından həmin məbəddə dəfn olunmuşdir.