Şeyx Ədəbalı türbəsi
Şeyx Ədəbalı türbəsi Osmanlı dövlətinin mənəvi və ruhani yaradıcısı Şeyx Ədəbalının cənazəsinin yerləşdiyi türbədir.
Türbə Orxan Qazi tərəfindən Köhnə Biləcik şəhərinin əsasının qoyulduğu vadinin arxasında kiçik bir təpə üstündə inşa edilmişdir. Əvvəllər günbəzli olan, lakin yunanların hücumları nəticəsində dağıdılan türbənin üzərinə kirəmitli dam örtülmüşdür. Zal və iki ayrı otaqdan ibarət olan türbədə böyük otaq mehrablı məscid, qarşı tərəfdəki otaq isə söhbət otağı və qonaqxana kimi istifadə olunmuşdur.
Şeyx Ədəbalı və qohumlarının yerləşdiyi hissədə günbəzli tavan düzbucaqlı formada olmaqla yeddi böyük və dörd kiçik sənduqə mövcuddur.
Mənbə
- Ebul Faruk Önal - Osman Doğan, Osmanlı'nın Manevi Önderlerin Şeyh Edebâli ve Türbesi, İstanbul 2012, Çamlıca Basım Yayın
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.