Əliağa Süleymanzadə
Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası – 26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı
Əliağa Süleymanzadə | |
---|---|
Qafqazın X şeyxülislamı | |
1967 – 1978 | |
Əvvəlki | Mirmöhsün Həkimzadə |
Sonrakı | Mirqəzənfər İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 26 noyabr 1977 |
Vəfat yeri | |
Dəfn yeri | |
|
|
Təltifləri |
Həyatı
Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb[1]. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar.
Dini fəaliyyəti
Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır.
1968-ci ildə Zaqafqaziya müsəlmanlarının IV qurultayı çağrılır. 20 ilə yaxın Təzəpir məscidinin axundu işləyən Əliağa Süleymanzadə 83 yaşında ikən ruhani idarəsinin sədri seçilir. Şeyxülislam Axund Əliağa Süleymanzadə işlədiyi 1968–1978-ci illərdə bir çox konfranlarda, simpoziumlarda beynəlxalq təşkilatların tədbirlərində ölkəni təmsil edib. 1970-ci ilin oktyabrında Daşkənddə "Sülh uğrunda mübarizədə birliyin və əməkdaşlığın əhəmiyyəti"adlı Ümumittifaq Konfransı təşkil edilir və Şeyxülislam Süleymanzadə həmin tədbirdə iştirak edir və nitq deyir. 1977-ci ilin iyununda Moskvada "Din xadimləri möhkəm sülh, tərksilah və xalqlar arasında ədalətli münasibətlər uğrunda" Ümumsünya Konfransında da iştirak etmişdir. 1978-ci ildə vəfat edib.[2]
Ailəsi
Axund Əliağa Hacı Məhəmmədəminin qızı Ümmulbanu ilə evlənmiş, beş övlad atası olmuşdur (1 oğlan, 4 qız).
İstinadlar
- Faiq Vəlioğlu — Azərbaycan alimlərinin həyatı, Əliağa Süleymanzadə
- "Şeyxülislam Axund Əliağa Süleymanzadə". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.
Mənbə
- Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh. 96–98. ISBN 978-9952-490-50-3
- Hafiz Sadıq. "İslam dünyası" qəzeti", 15.06.1993-cü il