Şeytan kilsəsi
Şeytan kilsəsi — 1969-cu ildə Anton Szandor Lavey tərəfindən yazılmış Şeytan Bibliyasında (The Satanic Bible) ifadə olunan satanizmi həyata keçirən dini bir təşkilatdır. Laveyin ölümündən sonra Peter Howard Gilmore "baş keşiş" olaraq Şeytan kilsəsinin rəhbəri olmuşdur.
La-Veya satanizmi | |
Şeytan kilsəsi | |
---|---|
Church of Satan | |
| |
Din | |
Başçısı | Peter H. Gilmore |
Ölkə | |
Tikdirəni | |
Saytı | |
churchofsatan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İnancları
Şeytan kilsəsi tanrıya və ya şeytana dua etmir. La-Veya satanizmi hər kəsin özünün özünə tanrı olduğuna inanır. İnsan ehtiraslarının və təbiətinin basdırılmasına inanmır. Baş keşiş Peter Gilmore, David Shankboneyə verdiyi müsahibədə "Mənim özümün həqiqi inancıma görə, fövqəltəbii güclərə inanan hər kəs dəli olmuşdur. İblisə və ya Tanrıya inanmalarından asılı olmayaraq, insanların hamısının müəyyən hadisələrdən geriyə çəkilmə səbəbləri vardır" demişdir. Gilmorun tərifinə görə şeytan "hərəkət üsuludur". Şeytan ivritcə "düşmən" və ya "əleyhinə çıxan", "sual verən biri" deməkdir.
Gilmore deyir: "Satanizm ateizmdən başlayır. Biz kainata baxırıq, əlaqəsizdir. Allah yoxdur, şeytan da yoxdur. Heç kim əhəmiyyət vermir!"