Şeytan Bibliyası
Şeytan İncili (İngiliscə: The Satanic Bible), Anton Szandor Lavey tərəfindən yazılan, La-Veya satanizmi fəlsəfəsinin kitabı.
Şeytanın İncili | |
---|---|
ing. The Satanic Bible | |
Müəllif | Anton Szandor Lavey |
Janrlar | Din, Fəlsəfə,Büyü |
Orijinalın dili | İngiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 1969 |
Nəşriyyat | Avon Books |
Səhifə | 272 |
Tiraj | 1000 |
Sonrakı | Şeytan mərasimləri |
ISBN | 978-0-380-01539-9 |
Kitabın içində 4 bölmə var. Bunlar; Satan, Lusifer, Belial və Leviathana ithaf edilib. Eyni zamanda bunlar, 4 şeytan sırası ilə; Cənub-Od, Şərq-Hava, Şimal-Torpaq və Qərb-Su kimi elemenlər ilə ifadə edilib.
Bu kitabda, satanizmin və satanistlərin həyat qanunları 12 maddə ilə sıralanıb;
- Sizdən soruşulmadığı müddətcə fikirlərinizi heç kimlə bölüşməyin.
- Daxilinizdəki dərdləri, mütləq şəkildə eşitmək istəyənlərdən savayı heç kimə deməyin.
- Başqa bir insanın evində qonaqsınızsa ev sahibinə qarşı hörmətli olun. Əks təqdirdə heç oraya getməyin.
- Sizin evinizdə olan qonaq sizi incidər, sizə qarşı kobud hərəkət edərsə, sizdə ona qarşı eyni cür edin.
- Əks cins açıqca dəvət eməsə, onunla cinsi əlaqədə olmayın, ona təcavüz etməyin.
- Var olan problemi həll edib kiminsə dərdinə çarə olmaq kimi bir məsuliyyət xaricində, sizinlə heç bir əlaqəsi olmayan işə burnunuzu salmayın.
- Öz əməl və azrularınızı reallaşdırmada, sehrin gücündən istifadə edərək müvəffəqiyyətli olmusunuzsa, mütləq sehrin haqqını verin, onun gücünü qəbul edin.
- Sizinlə əlaqəsi olmayan bir şeydən şikayət etməyin.
- Körpə uşaqlara zərər verməyin.
- Vəhşi heyvanlara zərər verməyin.
- İctimai yerlərdə gəzərkən heç kimə zərər verməyin. Əgər kimsə sizi narahat etsə, ilk ona bunu etməməsini deyin, əgər yenə buna davam etsə sizdə eynisini edin
- Kimsə sizi təhqir edərsə ilk öncə ona xəbərdarlıq edin, əgər buna davam etsə sizdə eynisini edin
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.