Şeylanlı

ŞeylanlıAzərbaycan Respublikasının Laçın rayonu Şeylanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Şeylanlı
39°46′16″ şm. e. 46°17′21″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.646 m
Saat qurşağı
Şeylanlı xəritədə
Şeylanlı
Şeylanlı

Tarixi

Şeylanlı oykonimi XIX əsrin ortalarında Azərbaycanda yaşayan kürd mənşəli şeylanlı tayfasının adını əks etdirir. Qaraçorlu tayfa ittifaqına daxil olan şeylanlılar hələ XVII əsrin əvvəllərindən İrandan gələrək Azərbaycanda məskunlaşmışlar.[2]

İşğal dövrü

Bu ərazi işğal dövründə ermənilər tərəfindən Shrvakan icması adlandırılmışdır.[3]

Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kəndə suriyadan gətirilmə 21 ailə yaşayıb.[3]

Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi.[4] Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdi.

Mədəniyyəti

1932-ci ildə kənddə 4 illik ibtidai məktəb fəaliyyətə başlamışdır. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilmiş İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur.[mənbə göstərin]

Əhalisi

Erməni işğalınadək kənd əhalisi etnik kürdlərdən ibarət idi.[mənbə göstərin] Kəndin hazırkı məcburi köçkünlük həyatı yaşayan və əslən kürd olan əhalisinin Şeylanlı tayfası ilə əlaqəsi yoxdur.[mənbə göstərin]

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 670 nəfər olmuşdur.

2021-ci ilin statiskasına görə kəndin əhali sayı 1321 nəfər Ailə sayı 393 05.10.2021

Şəxsiyyətləri

  • Rüfət Güləliyev — İdmançı; İdman ustası, Dünya və Avropa çempionu, IV İslam həmrəyliyi oyunlarının qızıl mükafatçısı, çempionu.
  • Adil Cəfakeş — aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Şəhidləri

Etibar Nəcəfov (əsgər)

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh. 210.
  3. İşğal olunmuş Laçın rayonunun Qarakeçdi kəndində yeni məktəb istifadəyə verilib. Arxivləşdirilib 2021-05-17 at the Wayback Machine lacin.info  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.